Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D hərfiDƏRMAN

Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə, elm və nəsihətlərdən faydalanacaq.Verilən dərmanı qəbul etmək-azğınlığa və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən adam isə-dinini islah edəcək. İkran doğuran və udulması çətin olan dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Aci olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman çəkildiyini görən adam hiyləyə məruz qalacaq. Ardı »

D hərfiYuxuda Düşərgə görmək

Yuxuda təmiz havada düşərgə qurmusunuzsa, real həyatda işlərinizdə dəyişikliklər gözlənilir. Həmçinin, uzunmüddətli, darıxdırıcı səyahətə hazır olun. Yuxuda düşərgə görmək o deməkdir ki, tərəfdaşlarınız özünə başqa fəaliyyət sahələri tapacaqlar və sizin perspektiviniz yaxşı olmayacaq. Qız yuxuda düşərgədədirsə, real həyatda onun sevgilisi ilə toy gününü təyin etməklə bağlı çətinlikləri yaranacaq, halbuki, son nəticədə o, yaxşı həyat yoldaşı olacaq. Ərli qadın özünü yuxuda hərbi düşərgədə görürsə, bu o deməkdir ki, ərinin adına ləkə gələcək və evliliyi təhlükə altında olacaq. Ardı »

D hərfiDÖŞƏMƏ YOL

Röyada döşəmə yol görmək-nəticəsi olmayan işlərin ardinca düçdüyünüzü və bu işləri buraxmağın gərəkliyini göstərir. Döşəmə yolda minikdən düşmək isə xeyirli bir xəbər anlamına gəlir. Ardı »

D hərfiYuxuda Dəri görmək

Yuxuda dəri görmüsünüzsə, bu, uğurlu biznes və qadınlara iltifat deməkdir. Yuxuda dəri paltar geymisinizsə, birja oyununda sizi uğur gözləyir. Dəridən bəzək əşyası sevgidə inam və xoşbəxt həyata işarədir. Yuxuda dəri ticarəti ilə məşğul olmaq işlərinizdə var-dövlət əldə etmək üçün lazım olan dəyişikliklərin olmayacağına işarədir.

Yuxuda insan dəri ilə işləyirsə, bütün var-dövlətindən məhrum olacaq. Ardı »

D hərfiDAĞ KEÇİSİ

Yuxuda dağ keçisi-bir cariyə və ya dini, əxlaqı pozuq bir qadınla qeyri-qanuni birləşmək anlamındadır. Dağ keçisinin piyli və ətli olduğunu görmək-çox zəngin bir qadına; zəif və xəstə keçi-yoxsul qadına işarədir. Dişi dağ keçisini ələ keçirmək-röya sahibi bolluğa və bol ruziyə qovuşacaq. Qadının dişi dağ keçisini yuxuda görməsi-o qadın bircə il kasıblıq görəcəkdir. Bəzi yozuculara görə, dişi keçi-təhqir edilmiş qadına, yaxud da iş bilməyən qulluqcuya işarə sayılır. Ardı »

D hərfiYuxuda Donmaq görmək

Yuxuda donmadan əziyyət çəkmək real həyatda hansısa dostunuzun təkidlə sizi sövq etdiyi pis işə qoşulacağınıza işarədir. Ola bilsin, yuxu xəstəlik və bədbəxt hadisəyə də işarədir. Ardı »

D hərfiYuxuda Dağlar görmək

Dağlar böyüklük, əzəmət, təhlükə və müqəddəs torpaq əlamətidir. Dağları çox sevdiyinizə görə onları yuxuda görə bilərsiniz. Dağlar ürəyinizdə təbiətə, həyata sevgi və canlanma hisslərini yarada bilər. Hərdən ya öz seçiminiz, ya da anlaşılmaz şəraitlərə görə özünüzün dağı aşması vacibdir.Yürüşünüzdən qabaq kimlə görüşdüyünüz, nə üçün getdiyiniz və arzularınızın dağında nəyə rast gəlməyə ümid etdiyinizi xatırlayın.Uzun müddət dağ zirvəsi görmək yaxşı əlamət sayılıb.Nəyinsə axtarışındasınızmı və ya real həyatın hansısa sahəsində uğur qazanmaq imkanı hiss edirsinizmi və ya artıq zirvəyə çatmısınızmı? Ardı »

D hərfiDONUZ

Röyada donuz görən adam fitnəkar, pis adamlarla dostluq edir. Donuz öldürmək-günahkar bir adamın cəzasını vermək deməkdir. Donuz əti yeyənin əlinə haram mal keçəcək. Özünü donuz olmuş görən-xalq içində alçalar, donuza minən-var-dövlət qovuşar, düşmənini məğlub edər. Ardı »