beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömrümün istəyi – İlqar Muradov

Həzin bulaq kimi,
Sönməz çıraq kimi
Sevgim gələr dilə, yar.
Hicran gəlib getməz,
Coşan könlüm dinməz,
Bunu heç kim bilməz, yar…
Sənsiz yanar ürək,
Susar arzu, dilək.
Dönər solğun gülə, yar…

Harda qaldın, harda?
Gözüm intizarda.
Qayıt, baharım, tez gəl.
Sevimli gül, yarım.
Şirin arzularım, yolunu gözlərəm, gəl.

Ömrümün qisməti, sevgimin həsrəti, dilimin əzbəri, gəl.
Yoruldu gözlərim, qırıldı sözlərim, silindi izlərin, gəl.
Həsrət qəlbim dolar, açan gülüm solar, ömrüm xəzan olar, gəl.
Həsrət qəlbim dolar, açan gülüm solar, ömrüm xəzan olar, gəl.


Tarix: 22.01.2015 / 18:23 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: İlqar Muradov