beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir səhər yuxudan durub......
Bir səhər yuxudan durub......

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.


Tarix: 03.06.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Əbülqasım Nəbati