beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Var......
Var......

Nə yaxşı dünyada qəlbə
hələ də yatan adam var
kiminsə xoş günün görüb
arzuya çatan adam var

yaxşı ki hələ də tək-tək
gəzib qəlbi kövrək-kövrək
dərdimizi tikəsitək
bu gün də dadan adam var

dadıb, göz yaşını dadıb
gəlib son andaca çatıb
yıxılana əl uzadıb
allahı tutan adam var

gəl sənə nağıl danışım
sonu ayrılıqla bitsin
sonuncu dəfə bu gecə
yolumuz üstündə bitsin

ətirlənsin teli gülün
sığallansın beli gülün
səhərin sübh yeli, gülüm,
gəlib böyrümüzdən ötsün

qapısın bağlayaq kinin
xatırlamayaq heç kimi
bu nağıl bitənə kimi
əlimiz hər yerə çatsın


Tarix: 03.06.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Əbülqasım Nəbati