beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölçü cihazı

Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur.

Təsnifatı

İndikasiya üsuluna görə:
Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir.
Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər.

Ölçmə üsuluna görə:
Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr.
Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir.

Nəticənin təsvirinə görə:
Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur.
Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir.

Başqa əlamətlərinə görə:
Çəmləşdirici ölçmə cihazı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir.
İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.

Ölçü cihazlarına misallar:
Dinamometr
Barometr
Ampermetr
Ommetr
Dozimetr
Tərəzi və s.


Tarix: 22.03.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari