beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməcələr

Bir gün bir kişinin maşınını oğurlayırlar. Bunu həmin kişinin dostu eləyir.
Maşını oğranılan kişi hamını başına toplayır və deyir:
-Kim mənim maşınımı oğurlayıb tez gətirsin, yoxsa yenə keçən dəfəki kimi olacaq.
Dostu qorxub həmin günün axşamı maşını gətirir və deyir:
- Bağışla, qardaşım, amma mənə çox maraqlı gəldi keçən dəfə nə olmuşdu ki??
-Keçən dəfə də maşınımı oğurladılar mən də təzəsini aldım...

* * *
Bir gün dəlixana sakini müdirə şikayət eleyir.
-Mənim otaq yoldaşım başına vedrə keçirir, əllərini də toka taxıb deyir: Lampoçkayam yandım, söndüm ,yandım söndüm.Məni yatmağa qoymur.
Müdir də cavabında deyir:
-Sən ona fikir vermə, yat.
Dəli deyir:
-Heç işıqda da yatmaq olar ??"

* * *
Bir gün dəlixanaya yoxlama komissiyası gəlir.
Bu komissiya üzvlərindən biri dəlixana müdirinə müraciət edir və ona deyir:
-Bu dəlixanadakı dəlilər niyə hərəsi rul əvəzinə əlinə bir şey goturub maşın sürürlər??
Baş həkim əlinə qovluğu götürərək deyir:
-Otur getdik görək düz deyirsən ğğğğğğnnnnn..

* * *
Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar.
Gənc aslan, "artıq müftə yemek yemek istəyirəm" deyərək,
zooparkdakı yaşlı aslandan, onu da zooparka almasını istəyir.
Bir neçə gün sonra, gənc aslan da zooparka qəbul edilir.
İlk gün yeməkdə, yaşlı aslana ət, gənc olana banan gəlir.
Eyni şey ikinci gün də olur. 10-15 gün yeməklər belə olunca, gənc aslan artıq
bezir və yaşlı aslandan soruşur:
-"Niyə sənə yeməkdə ət verilir, amma mənə banan verilir?"
-"VALLAH boşda aslan heyəti yox idi, baxıcılarla danışdım,
səni meymun kontingentinə götürdülər..."

* * *
Cavan oglan sevgilisini axşam evə ötürür.
Evin qarşısında oğlan bir əlini divara söykəyərək
- Məni bir öpərsənmi?..
Qız:
- Dəlisən? evin qarşısında anamgil görər- deyir..
Oğlan:
-Nə olacaq ,canım , bu saatda kim görəcək, nə olar səni çox sevirəm...
Qız:
- Mən də səni, amma olmaz...
Oğlan çox israr edir. Bu ara birdən pilləkanın işığı yanır və qızın kiçik bacısı çölə çıxır.
Kiçik qız:
-Atam deyir ki , o heyvan oğlu heyvana söylə əlini domofon düyməsindən çəksin?- dedi.


Tarix: 28.11.2014 / 18:37 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: Ümumi Letifeler