Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stalin haqqında lətifələr

Stalinqradın adını dəyişib Volqoqrad qoyandan sonra o biri dünyadan teleqram gəlir: «Razıyam, İosif Volqin».
Mavzoleydə yazı: «Burda 1953-ci ildən 1956-cı ilə qədər İ.V.Stalin müvəqqəti hökumətdən gizlənib».
Müğənni əvvəlcədən öz uğurunda əmin idi.
- Pis əl çalsalar, Stalin haqqında oxuyacam!
-Şəxsiyyətə pərəstiş varmı?
- Pərəstiş hələ var, ancaq şəxsiyyət yoxdur.
Xruşşovla Bulqaninın hakimiyyəti Stalinin hakimiyyətindən nə ilə fərqlənib?
- Şəxsiyyətə pərəstiş ikiüzlülüyə pərəstişlə əvəzləndi.
Stalin çıxış edir:
- Yoldaşlar! Dünən yoldaş Kirovu öldürüblər…
- Kimi öldürüblər?
- Kimi, kimi…Yoldaş Beriya, deyin bunlara.
- Kimi lazımdır, onu da öldürüblər.
Öldürülmüş Kennedi o dünyaya gəlib. Qapını açıb, əlində balta dayanan Stalini görüb qorxur.
- Qorxma, keç. Səni gözləmirəm.
- Yoldaş Stalin, burda Sizə oxşar adam tapıblar. Sifət, bığ, qəlyan…
- Yox edin.
- Bəlkə, ancaq bığını qırxaq?
- Elə də olar. Bığını qırxın və yox edin…
İosif StalinBir gün Stalinə Puşkinin şeir yazdığı yerdə heykəlini göstərirlər.
- Yaxşıdı, ancaq bir qədər müasirlik olmalıdır. O biri layihəni göstərirlər: Stalin Puşkinin əsərlərini oxuyur.
- Yox, bu tarixi cəhətdən düzdür, ancaq siyasi cəhətdən səhv.
Üçüncü layihəni göstərirlər: Puşkin Stalinin əsərlərini oxuyur.
- Bu siyasi cəhətdən düzdür, ancaq tarixi cəhətdən düz deyil.
Sonuncu layihə belə idi: Stalin Stalinin əsərlərini oxuyur.
Stalin fəhlələr qarşısında çıxış edir:
- Mən fəhlə sinfinə görə bütün qanımı damla-damla verməyə hazıram. Zaldan kağız gəlir: «Hörmətli İosif Vissarionoviç! Niyə uzadırsız? Hamısını birdən verin!»
Stalin Beriyaya qəlyanının itdiyini deyir. Səhər isə qəlyanı tapdığını deyir. Beriya cavab verir:
- Mən artıq 25 nəfəri həbs etmişəm. Hamısı da qəlyanı oğurladığını boynuna alıb.
Kişi küçəyə əlində yekə şuarla çıxır: «Xoşbəxt uşaqlığımıza görə sağ olsun yoldaş Stalin». Camaat onun başına yığışıb deyir:
- Başın xarab olub? Sən anadan olanda Stalin ölmüşdü.
- Ona görə də ona sağ ol deyirəm.
Kəndlilər bir kişini Stalinin yanına göndərib beşilliyin nə olduğunu öyrənməsini istəyirlər. Stalin kişiyə deyir:
- Görürsən, maşın gedir?
- Görürəm.
- Beşilliyin sonunda maşınlar bir-birinin ardınca gedəcək.
Görürsən, traktor gedir? Beşilliyin sonunda traktorlar bir birinin ardınca gedəcək.
Kişi kəndə qayıdıb hamını başına yığıb deyir:
- Görürsüz, dilənçi gedir?
- Görürük.
- Beşilliyin sonunda onlar bir-birinin ardınca gedəcək. Görürsünüz, ölü aparırlar?
- Görürük.
- Beşilliyin sonunda onları bir-birinin ardınca aparacaqlar.
-SSRİ-ni kim yaradıb?
- Stalin!
İsraili kim yaradıb?
- Stalin!
-Bütün bunlarda kim günahkardı?
- Yəhudilər.
Bir gün Stalin aviakonstruktor Yakovlevi yanına çağırıb tapşırıq verir: üç aya dünyada ən yaxşı qırıcı təyyarə düzəltmək. Yakovlev etiraz edib bildirir ki, amerikalılar belə bir layihənin hazırlanmasına yarım il sərf edirlər. Stalin:
- Siz amerikanlısız?
Üç aya təyyarə hazır olur.
Həmçinin bax:
İosif Vissarionoviç Stalin


Tarix: 28.11.2014 / 18:34 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Ümumi Letifeler
loading...