Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həkimlər və xəstələr

— Pasient, siz həqiqətən, qətiyyətsizlikdən əziyyət çəkirsiniz?
— Həm hə, həm də yox.
Xəstə həkimdən soruşur:
— Həkim, düz deyirlər ki, yerkökü yemək görmə qabiliyyətin yaxşılaşdırır?
— Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?
Pasient nevropatoloqa şikayət edir:
— Doktor, bilirsiniz, arvadımla yola getmək necə çətindir? O mənə sual, sonra o suala cavab verir. Sonra da yarım saat mənə suala niyə səhv cavab verdiyimi izah edir.
Həkim xəstədən soruşur:
— Necə yatırsan?
— Qaranlıq otaqda, pijamada, ayaqqabısız.
Əməliyyatdan əvvəl xəstə həkimdən soruşur:
— Doktor, əməliyyatdan sonra mən fleytada çala biləcəm?
— Sakit olun. Əlbəttə ki, çalacaqsınız.
— Mən heç vaxt fleyta çala bilməmişəm. Siz həqiqətən yaxşı cərrahsınız.
Əməliyyatdan sonra:
— Doktor, avtoqəzadan sonra mənim başımı tikmisiniz?
— Bəli. Tikişə hansısa etirazınız var?
— Yox, tikiş yaxşıdır. Ancaq baş mənim deyil.
Həkim xəstəyə deyir:
— İçməsən, ömrünü uzadacaqsan.
— Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.
Uşağ anadan olan kimi həkimlərə deyir:
— Gəlin sizinçin kvadrat tənliyi həll edim.
«Bu indi belə ağıllıdırsa, böyüyəndə necə olacaq?» fikirləşən həkimlər uşağın beyninin dörddə bir hissəsini kəsirlər. Özünə gələn uşaq həkimlərə deyir: «Gəlin loqarifm həll edim». Bu dəfə həkimlər onun beyninin yarısını kəsirlər. Özünə gələn uşaq sadə tənlik həll etmək istədiyini deyir. Bu dəfə həkimlər onun beyninin hamısını kəsib çıxarırlar. Əməliyyatdan sonra ayılan uşaq həkimlərə şübhəli nəzərlərlə baxıb deyir: «Siz kimsiz? Sənədlərinizi göstərin!
Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir: «Yatmağa uzanandan sonra saymağa başlayıb».
Boksçu:
— Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.
— Niyə dərman içmirsiz?
— Dadı xoşuma gəlmir.
— Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiz.
— Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm.
Cərrahın yanına bir kişi gəlib deyir:
— Doktor, qarnım ağrıyır.
— Eybi yox, indi qulaqlarını kəsərik.
Kişi qorxub terapevtin yanına gedir.
— Doktor, indi cərrahın yanına gedib dedim ki, qarnım ağrıyır. O da deyir qulağını kəsmək lazımdır.
— Eh, bu cərrahlar da kəsməkdən başqa heç nə bacarmır. İndi dərman verərəm, qulaqların özü düşər.
Həkim rentgen kağızına baxır:
— Qabırğa sınıb, kəllədə çat var, çanaq sümüyü parçalanıb… Eybi yox, Photoshopda düzəldərik!
Diş həkiminin qəbulunda:
— Bağışlayın, o dişinizi çəkməmişəm. İndi gərək ağrıyan dişinizi də çəkim.
— Nə yaxşı ki, Siz göz həkimi deyilsiniz!
Cərrah əməliyyat keçirir:
— Skalpel.
— Buyurun.
— Kəsirik, uşaqlar, kəsirik… Qayçı!
— Buyurun.
— Kəsib atırıq, uşaqlar, kəsib atırıq…Lopatka!
— Lopatkanı neynirsiz?
— Basdırırıq, uşaqlar, tez basdırırıq!
Həkimin qəbulunda:
— Doktor, son vaxtlar çox əsəbi olmuşam. Hirslənirəm, qışqırmağa başlayıram. Kömək edin, doktor!
— Çoxdan bu Sizi narahat edir?
— Əsəbiləşdirmə məni, əclaf.
Nevropatoloqun qəbulunda ana və dörd yaşlı oğlan. Həkim soruşur:
— Oğlan, pişiyin neçə ayağı var?
— Dörd.
— Neçə qulağı var?
— İki.
— Pişiyin quyruğu var?
— Ana, bu axmaq heç vaxt pişik görməyib?!!
— Doktor, kömək edin. Mənə elə gəlir ki, atam!
— Kömək etmək olar. Ancaq bunun üçün çoxlu pul tələb olunur.
— Problem deyil. Dünən mən at yarışlarında qalib gəlmişəm!
Psixiatr xəstəni sakitləşdirir:
— Siz deyirsiniz ki, hər gün pəncərənizin qarşısından yük maşınları keçir, sürücülər də pəncərədən Sizə baxır? Bu hələ o demək deyil ki, Sizin psixikanızda problem var.
— Doktor, doğrudan?
— Əlbəttə.
— Ancaq altıncı mərtəbədə yaşadığımı sizə deməyə unutmuşam.
Müəllif: Gülnarə Rəfiq


Tarix: 28.11.2014 / 18:18 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Ümumi Letifeler
loading...