beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Guldurmeye Geldimeee

Ata, səni məktəbə çağırırlar!
- Niyə?
- Mən məktəbin pəncərəsini sındırmışam!

O biri gün oğlu deyir:
- Ata səni yenə məktəbə çağırırlar!
- İndii neyləmisən?
- Kimya laborotoriyasını partlatmışam!
- Bezmişəm, daha heç yerə gedən deyiləm!
- Düz eləyirsən, xarabalıqda nə işin var?

***

Üçüncü sinif şagirdi dərsdən qayıdıb:
- Müəllimə soruşdu ki, 2x2 neçə edər, dedim 4, müəllimə məni təriflədi.
- Ay sağ ol, mənim ağıllı balam! Bu ona görədir ki, biz Azərbaycanlıyıq!
- Hələ bu harasıdır, müəllimə soruşdu ki, 7x7 neçə edər, mən dedim 49, o yenə məni təriflədi.
- Əlbəttə, bu belə də olmalıdır, axı biz Azərbaycanlıyıq!
- Bu gün idman dərsində boy sırası ilə dayanmışdıq, mən hamıdan hündür idim. Yəqin bu da ona görədir ki, biz Azərbaycanlıyıq.
- Yox, bu ona görə deyil, bu ona görədir ki, artıq sənin 16 yaşın var.

***

Direktor soruşur:
- Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
- Oldu, oldu, - uşaqlar xorla cavab verdilər.
- Nə oldu?
- Təranə müəllimənin pilləkənlərdən yumbalanması

***

Çukça yol ilə gedir. Tanışı soruşur:
- Hara gedirsən?
- İynə vurdurmağa!
- Poliklinikaya?
- Yox, özümə!

***

- Ana, olar çıxım həyətə?
- Çirkli qulaqlarınla?
- Yox, dostlarımla!

***


- Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür.
Seymur sinfə girən kimi soruşur:
- Bax gör bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!

***
Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
- Atanı, ya da ananı telefona çağır!
- Evdə yoxdular!
- Onda bajını çağır. Bir azdan Səməd yenə də dəstəyi qaldırır:
- Bacım çox ağırdı, kolyaskadan çıxara bilmirəm!
- Ana, makaronun hamısını yedim!
- Bajın yemədi?
- Yox!
- Bəs niyə?
- Soruşdu, "bunlar nədi?", dedim "qurd!". O da yemədi.

***

- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır?
- Yox, o da elə istəyir!

***

Nənə günorta yatmayan nəvəsinə deyir:
- Sənin yerində olaydım, bütün günü yatardım!
- Nənə, sən mənim yerimə yerləşmərsən!

***
Qız, oğlan "həkim-həkim" oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir:
- Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu:
- Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır.
Qızın anası qışqırır:
- Nejə sakit olum? "Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!

***

Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni "mənə nə?" aşı sizə aparırlar axı.
-Onda sənə nə?

***

Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:
- Bu yaxınlarda anan sənə təzə bacı alacaq.
- Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.

***
Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
- Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən!
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!


***
- Məktəbə gedəcəksən?
Seymur qaşqabağını töküb deyir:
- Məndən olsa getmərəm, anam göndərir.
- Niyə?
İstəmirəm gedim, deyirlər orda adamı kəsirlər!

***

Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
- Nənə, sən fokusçusan?
- Hə, mənim balam!
- Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?


***
Görəsən nəyə görə gilasın içərisinə tum qoyurlar, axı əvvəl-axır onu çıxarmaq lazım olur...

***

- Mənə balaca deyirlər, amma mən balaca deyiləm. Hər şeyi bilirəm!
- Nəyi bilirsən?
- Bilirəm ki, oğlandan da qız düzəltmək olar. Ona tuman geydirirsən, başına lent bağlıyırsan, olur qız.

***

Nənə maşını nəvəsinə göstərir:
- Bax bibibdir, bib,bib...
Nənə o bib-bib deyil, maşındır, özy də mersedesdir.

***
- Bu gün mən elə pis yıxıldım ki...
- Ağladın?
- Yanımda heç kim yox idi, ona görə ağlamadım.

***

- Bir uşaq 100 min dollar tapıb onu polisə təhvil verir. Ananı çağırıb ona təşəkkür edəndə təəccübdən dili dolaşan ana ağlaya-ağlaya deyir:
- Mən oğlumla fəxr edirəm!

***
Müəllimə soruşur:
- Əhməd, niyə srağagün dərsə gəlməmişdin?
- Şalvarım qurumamışdı.
- Bəs dünən niyə yox idin?
- Dünən sizin evin yanına qədər gəldim,sonra qayıtdım.
- Nə üçün qayıtdın?
- Gördüm sizin şalvar ipdən asılıb, dedim, yəqin, qurumayıb.

***

Sürətlə velosiped sürən oğlan anasına deyir:
- Ana, bax, velosipedi əlsiz sürürəm!
Elə bu vaxt bərkdən divara dəyir. Babaxxxxx!Durub təzədən velosiped sürməyə başlayan oğlan bu dəfə sakitcə anasına deyir:
- Ana bax, velosipedi dişsiz sürürəm!


***

Balaca Səlim ilk dəfə balıq ovuna gedir. Elə birinci dəfədən qızıl balıq tutur. Arzusunu deyir:
- İstəyirəm hər gün ad günüm olsun!
Qızıl balıq oğlanın arzusunu yerinə yetirir. Amma iki aydan sonra Səlim güzgüyə baxıb görür ki, qocalıb.

***

- Heyvanları öpmək olmaz, bu xəstəlikdir.
- Düzdür, - Əliş dedi, - mən özüm bunun şahidi olmuşam.
- Necə?
- Xalam tutuquşunu çoxlu öpürdü, axırda quş dəli oldu.


***

- Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
- Heç nə olmaz. Qoy təmiz olsun.
- Niyə ağlayırsan?
- Pişiyim öldü.
- Ölər də, sən ki onu o qədər çimdirdin!
- Çimdirməkdən ölmədi e.. Sıxanda öldü.

***

- Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masac elətdirirəm, idman elətdirirəm, bununla belə nejə baxıram, hər gün çəkisini itirir, arıqlayır.
- Bəs nə yedirdirsən ona?
- Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.

***

- Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!
- Niyə ki?
- Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:
- Baxın, görün bizə kim gəlib?

***

- Ana, yadında, demişdin, jümə günü tarixdən 4 qiymət alsam, şənbə bütün günü həyətdə oynaya bilərəm.
- Yadımdadır, məgər dərsdən 4 aldın?
- Ana, elə qiymət almışam ki, şərtimizə görə anjaq yarım gün həyətdə oynaya bilərəm.
- Oğlum, yenə nəyə görə müəllimə səndən şikayət edir?
- Ana, ona inanma, o düz danışmır. Bilmirəm nejə olur ki, belə yalan danışan müəlliməyə uşaq tərbiyə etməyi etibar edirlər? Mən heç bu gün dərsdə olmamışam.

***

Əvvəllər mənim körpəm səhər oyananda mən çox narahat olurdum. Çünki o tamam yaş olurdu. Mən bezmişdim, çünki hər jür uşaq bezlərindən istifadə edirdim, amma heç birinin köməyi olmurdu. Nəhayət mən çıxış yolu tapdım. Evin tavanını təmir elətdirdim. Daha evə yağış suyu tökülmürdü.

***

Zooparkda elan: "Çox maraqlı bir şou görmək istəsəniz bizə gəlin, hər ayın axırında, Açıq qapı günündə!

***

Televiziyaya məktub : Xahiş edirəm seriallar arası aşağıda verdiyiniz yazını verməyəsiniz. Nənəm elə bilir karaokidir, oxuyur.

***

Ata oğlanlarını yanına çağırıb deyir:
- Tez həkim çağırın, elə xəstələnmişəm, qolumu qaldıra bilmirəm!
Qardaşlar pıçıldaşdılar:
- Əsil vaxtdır pənjərəni sındırdığımızı deyək!
- Deyək!

***

- Sənə on konfet verirəm, yarısını qardaşına ver.
- Yaxşı!
- Verdin?
- Verdim!
- Neçəsini?
- Üçünü.
- Məgər sən 10-u 2-yə bölə bilmirsən?
- Bilirəm, amma o bölə bilmir.

***

- Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!
Uşaq narazı-narazı deyir:
- Bəs əti hansı əlimdə tutum?


***
Ana oğluna:
- Bu qədər dəcəllik eləmisən. Axşam yeməyi yeməyəjəksən. Bu da olar sənin cəzan!
Yeməyini təzəcə yeyib qurtarmış ata:
-Yaxşı olardı ki, bişirdiyin supdan ona verəydin. Bu ona lap böyük cəza olardı.

***

Ata qol saatına baxıb deyir:
-Saatım dayanıb, gərək ustaya aparım təmizləsin!
Balaca qız öz otağından söhbətə qarışır:
- Yox ata, o təmizdir, onu səhər şampunla yumuşam!

***

Həkimin otağında:
- Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.
- Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.
- Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!
- Niyə?
-Çünki bu gecə final oyun olacaq.

***

Çoxlu konfet yeyən Əli yenə konfet götürmək üçün əlini konfet qabına uzadır. Nənə bunu görür:
- Bəsdi, dişlərin xarab olar!
- Yemək istəmirəm, amma görürsən üstündə yazılıb «Ye məni».


***
Evə bikef qayıdan uşaq atasından soruşur:
-Ata bir adamı eləmədiyi bir şey üstündə cəzalandırarlar?
-Əlbəttə, yox!
-Bəs onda niyə qol vura bilmədiyimə görə mənə cəzalandırmaq istəyirlər?

***

Evə qonaqlar gəlir. 3 yaşlı Nadiri danışdırırlar. Şrek multfilminə çoxlu baxmış Seymur ağzına gələni danışır:
-Atam Şrekdir. Anam Fiona, mən isə onların dostu balaca eşşək.

***
Dondurmanı yeyib qurtarandan sonra anası balaca Rəşada acıqanır:
-Əllərini yalama! Get yu!
-Axı onlar çox dadlıdır... !

***

-Əliş, get yat!
-Yuxum gəlmir…
-Yaxşı, uzan, gözlərini yum!
-Axı onda yatıram…

***

-Sən əlifbanı yaxşı bilirsən?
-Əlbəttə!
-Deyə bilərsən, A hərfindən sonra nə gəlir?
-O biri hərflər.


***
- Neçə yaşın var?
- Yaxın vaxtlarda beş olacaq. Amma hələ üç yaşım var.

***

Nəvəsini yatırtmaq üçün nənə mahnı oxuyur. Bir saat, iki saat… Uşaq əsnəyərək soruşur:
-Nənə, olar mən yatım,yoxsa sən hələ oxumaq istəyirsən?

***

Dovşan Canavara zəng edir:
-Alo Canavar, tez yanıma qaç, bizə on mandarin veriblər, hərəmizə səkkiz mandarin düşür. Gəl payıvı apar!
- O necə olur ki, on mandarindən hərəyə səkkizi düşür. Belə hesab olar?
- Bilmirəm, mən səkkizini yemişəm, özün gəl təzədən say!
Dovşan telefon dəstəyini asan kimi aradan çıxır.

***

Gecədir. Balaca Çiçəyi bayaqdan yatırtmış ana özü də yatmağa hazırlaşır. Bu vaxt Çiçək ağlaya-ağlaya otağa girir:
- Bayaqdan qorxulu yuxu görürəm. Gəlib məni yuxudan oyatmırsan. Özü də deyirsən, məni çox istəyirsən.

***

Qonşu xala Şahinə konfet verir.
Uşağına yaxşı bələd olan ana deyir:
-Rəşad, nə deyərlər?
-Salam, konfet!

***
Qapıçı qadın məktəbə hər gün hamıdan əvvəl gələn oğlanın adını öyrənmək istəyir. Oğlan fəxrlə:
-Adım babamın adı kimidir.
- Babanın adı nədir?
-O da mənim kimi. Hər ikimizin adımız eynidir.
-Bəs səni nejə çağırırlar?
-Məni heç vaxt çağırmırlar. Özüm hamıdan əvvəl gəlirəm!».

Balaca Azər kənddən atasına məktub yazır: «Ata, kəndə çıxanda hamı ilə salamlaşıram. Sən tapşırdığın kimi. Birjə maşınla keçənlərə çata bilmirəm ki, onlara da salam verim.

***

Blokun işığı yanmır. 4 yaşlı Çiçək nənəsinin əlindən bərkdən tutub pilləkənlərdən düşür. Bu vaxt pilləkənlə qalxan bir xala Çiçəyi danışdırmaq istəyir:
- Mən burda yaşayıram. Sən də burda yaşayırsan?
Çiçək qorxa-qorxa qadına baxıb deyir:
- Yox mən evdə yaşayıram.

***
4 yaşlı Seymur pul ilə oynayır.
Babası Seymura baxıb deyir:
-Belə getsə sən bankda işləyəjəksən, pulla oynamağı xoşlayırsan!
-Yox baba! Axı bankaya yerləşmərəm!

***

Bağçaya getmək üstündə Səbinəgilin evində həmişə mübahisə gedir. Anası qızını başa salmaq istəyir ki, bağçaya getmək vajibdir. Səbinə gözləri dolu ayaqqabılarını geyinərək deynir: «Səhər bağçaya get, axşam qayıt, səhər get, axşam qayıt, bəs mən nə vaxt yaşayacağam...

***

-Baba, gəl iks-sıfır oyunu oynayaq.
-Axı mən oynaya bilmirəm!
-Mən öyrədərəm!
-Onda uduzmağa hazır ol!
-Mən səni elə öyrədəcəyəm ki, sən uduzacaqsan!

***

Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:
-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq!
Nənə razı olur:
-Əlbəttə! Nejə oynayırlar, «qaçan kubiklər oyununu» öyrət, oynayaq!
- Bax, bu kubiklərdən birini götürüb qaçırsan...
- Nə vaxtacan qaçırsan, bala?
- Bax, orasını bilmirəm!..

***
- Əhsən sənə Əhməd, zoologiyadan yaxşı qiymət almısan! Bəs bu necə oldu? Axı sən zoologiyanı yaxşı bilmirsən?
- Çox asanlıqla aldım yaxşı qiyməti. Dedim Dəvəquşunun üç ayağı var, müəllim də məni təriflədi.
- Burda tərifli nə var ki, sən səhv eləmisən axı, dəvəquşunun məgər üç ayağı var? Onun iki ayağı var axı...
- Bütün uşaqlar bir səslə dedilər ki, dəvəquşunun dörd ayağı var. Bircə mən dedim üç ayağı var. Ona görə də müəllim məni təriflədi.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 983 Bölmə: Ümumi Letifeler