Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Letifelerrr

Şəhərin mərkəzində Ferrari ilə Bentley avtomobilləri qəzaya uğrayıb. Yol polislərimiz hadisə yerinə getmiş və 2 saat maşınlarla şəkil çəkdirmişlər! :))


♠ ♠ ♠

Mamed : Sən yol polisi kimisən ay arvad!
Arvad: puah niye ki???
Mamed: Evə girirəm yolumu kəsirsən, pulumu alırsan, kefimi pozursan, üstəlik günahkar da mən oluram. :))

♠ ♠ ♠

Qızlarin 99% -i deyir mən qəşəngəm, amma nədənsə şəhərdə gəzəndə qalan 1% -i daha çox görürəm..

♠ ♠ ♠

Anası qıza mesaj yazır:
- Qızımgələndəikidənəcorəkalarsan
Qız cavab yazır:
Yaxşı ana alaram. Sözləri yazanda aralı yaz. `0`nan ara qoymag olur.
Ana:
- Y a x ş ı q ı z ı m a t a n d i y i r k i g ə l ə n d ə l i m o n d a a l a r s a n . d a v l e n i s i q a l x ı b :D

♠ ♠ ♠

Mamedi maşın vurur və o ömürlük şikəst olur. Məhkəmədə zərərçəkən 100 min Manat cərimə tələb edir. Bunu eşidən sürücü:
- Yəqin siz elə düşünürsünüzki, mən milyanerəm.
Mamed: Yəqin sizdə məni qırxayaq hesab edirsiniz...

♠ ♠ ♠

Müəllim sual verir:
- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər?
Mamed əlini qaldırır:
- Atamın da anamın da toyu təsadüfən eyni gündə olub =))

♠ ♠ ♠

Müasir Eşq:
Bazar ertəsi - "Qarşılaşdıq"
Çərşənbə axşamı - "Baxışdıq"
Çərşənbə - "Görüşdük"
Cümə axşamı - "Doyunca danışdıq"
Cümə - "Dalaşdıq"
Şənbə - "Biraz daha uzatdıq"
Bazar - "Ayrıldıq" :)


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Ümumi Letifeler
loading...