beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunden Guluw Eskik Olmasun

"Nəysə məşğulsan, gecən xeyrə" deyə yazılır,
"qoy səhər açılsın səhər burnundan gətirəcəm" deyə oxunur :)

Həkimin yazdığı: Јf¥olrt€n..
Mənim gördüyüm: a§¿rn.
Aptekdəki satıcının oxuduğu: Aspirin.

"Saqqızın varmı?" deyə soruşulanda ağzımızdakı saqqızı göstərən gənclərik biz.. Həqiqətləri danmayaq :)

Mamed pişiyə 1 butulka benzin içirdir,
sonra yola buraxır. Pişik biraz yol gedir yıxılır.
Mamed: Yəqin benzini qurtardı,
gedim yenə töküm..

- Kim nə diyir desin, ama ən romantik baxışlar; avtobusla yol gedərkən qonşu avtobusun sərnişinləri ilə göz gözə gəldiyimiz an peyda olan baxışlardı :)

Sol ayağımdakı ən balaca barmağıma sə slənirəm:
- xahiş edirəm, hara gəldi özünü çırpma :)

Mesajlarıma cavab yazmır...Zənglərimə cavab vermir...100% həyatında başqa biri var...:(
Nəysə, ağlıma başqa fikirlər gətirməyim bəlkə maşın vurub ♥:)

Bir qız sizə "Aşkım" dedisə əgər — həyacanlamağa ehtiyac yoxdur..
Onlar oyuncaq ayıya da, rəfiqələrinə də "aşkım" deyirlər :)

Kişi həyat yoldaşının yanında mahnı oxuyur :)
Sevgili yarım gələcək, nazlı nigarım gələcək
Həyat yoldaşı səslənir: indi birin vuracam təcili yardım gələcək :)

Mətbəxdəki krantdan axan suyun təmiz, hamamdakı krantdan axan suyun çirkli olduğunu düşünən saf uşaqlar olmuşuq..

Oğlan: Aşkım, papa bankrot olubeee
Qız: Ee, aşkım, mən demişdim də, bizi ancaq atan ayırar

Mağazada paltar alarkən "Ay baxım yaraşdımı?" deyərək pardəni anidən açan, Ana deyən bir gerçək var :)

Metroda açkiynən oturan qızların yanında zontiknən durub şəkil çəkdirmək isdiyirəm :)

Əlimdə qarpız evə gəlirəm..Həyətdə qonşu soruşdu:
- bazardan gəlirsən ?
Dedim: - "yox".
Qarpızın evdə ürəyi sıxılırdı, dedim çıxardım biraz parkı gəzdirim..

Atalar yaxşı deyibee..
"bir yemirəm deyəndən" bir də "FB-yə tanışlığa gəlməmişəm" deyən oğlandan qorx..

Mamed gəlir çayxanaya üstübaşı cırıq, camaat soruşur, ay Mamed nolub sənə?
-Qayinanamı basdırdıq...
-bəs üst başın niyə cırıqdı?
-Arvad bir az dirəşdi

Budilnikdə qoyulan hər cür musiqi nifrət edilməyə məhkumdur..:)

Atamın FB-də yazdığı statusa baxın:
- Oğluna sürməyə maşın verməyən neçə nəfərik ? :)

Şəhərə çıxanda fanatlarım olmasa da 20 Yanvar metrosunun qabağında "Sumqayıt" deyə-deyə qabağıma qaçan taksi şoferlərm var.:)

Yeni doğulan uşağın ilk "Ana"mı yoxsa, "Ata"mı deyəcəyini gözləyən cütlük, "nolub ala" sözünü eşidəndə şoka düşdülər :)

Mamed aptekə, işə düzəlir..Bir müşdəri gəlir..
Müşdəri: Sizdə ağcaqanaq dərmanı var?
Mamed: Sizin ağcaqanadınızın harası ağrıyır?

AzTV-ni çevirdim, xəbərlərdə aparıcı qız dedi ki, siz AzTV-yə baxırsınız.
Hələ də şokdayam! O hardan bildi ki, mən AzTV-yə baxıram?

Bir qəpiyim də yoxdur deyib pul çantasından sərvət çıxardan varlığa ANA deyilir :)

Camaatın uşağı nələr-nələr edir deyən anama "Bax analar necə uşaqlar doğurur" dedim..
İndi 1 həftədi xalamgildə qalıram :)

Əlimdəki başqa marketin klyoku ilə məhləmizdəki marketin qabağından keçərkən yaşadığım qorxunu — heç bir qorxulu filmlərdə yaşamamışam :)

Evdə bir saata axtardığın əşyanı bir dəqiqəyə tapana "Ana"
Bir dəqiqəyə tapacağın əşyanı səni mandraja salıb 1 saata tapdırana isə "Ata" deyilir :)

Evdən çıxmazdan əvvəl evdə qonaq otağına, mətbəxə 98928 dəfə baxıb mənasız işlərlə məşğul olmağa "ata(ana) mənə pul ver" deyilir :)

Balaca vaxtı metroda maşinistlə əlaqə düyməsini basmağa boyum çatmırdı..
İndi böyümüşəm amma "duxum" çatmır.. :)

FB-yə bulvarda, dənizdə çəkilmiş şəklini yerləşdir sonra da "mən niyə evdə qaldım" denən..
Qoy ora xəmir açarkən, paltar yuyarkən şəklini gör netər gedirsən, işıq sürəti ilə :)

P.s Heç bir zaman üzünüzdən təbəssüm əskik olmasın hər zaman olduğu kimi, bəyənəcəyinizə əminəm ツ


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Ümumi Letifeler