beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU BIZIK 2 VERSIYA

Hər yerdə “Sadə olmaq gözəldir” deyib, stol arxasında oturarkən stolun üstünə BMW-nin açarı, iPhone, Blackberry-ni qoyan da — BİZİK.
Neftçilər metro stansiyasında olarkən telefonda dostunuza “Nərimanova çatıram” deyib, yolu qısaltmağı və dostumuzu sakitləşdirməyi bacaran da — BİZİK.
İxtisasımız “Müəllim”lik olub, elektrik işini, maşın düzəltməyi, mala çəkməyi bacaran da — BİZİK.
Avtobusda gedərkən sürücüdən “Biraz ortaya keçin, orta boşdu” sözünü eşidib, israrla "Mən düşəcəm" deyən də — BİZİK.(sanki, səndən başqa hamı burda qalacaq)
Bir qızın eyni cinsin nümayəndəsinə “Aşkım” kəlməsini deməsinə heyran qalan da — BİZİK.
Toyda “Gülən yerdə mənim şəklimi belə çəkərsən” deyən adama çəkilmiş şəklini uzadıb “Çox gözəl düşmüsən” deyən zaman, “İnan, xəbərim olmayıb nə vaxt çəkiblər” deyən də — BİZİK.
İki sevgilini qucaqlaşaraq gəzən görüb, gülərək “Bərk yapış, birdən qaçar” kəlməsini deyib, öz sevgilimizlə qucaqlaşaraq gəzən də — BİZİK.
Facebook-da dostuna “Şəklimi like elə dəəəə... please...” deyəndən sonra şəkilə like gəlməsə, həmən dostdan inciyən də — BİZİK.
Exclusive mahnı işıq üzü görən də, onu Legend.az'dan yükləməyi səbrsizliklə gözləyən də — BİZİK =)
əkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də BİZİK
Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də BİZİK
Metro kartındakı cəmi bircə gedişlə bütün qrup yoldaşlarını, məhlə uşaqlarını, əgər olsa padxod məqsədi ilə yanındaki gözəl xanımı da metrodan keçirdən də BİZİK
Avtobusda əlindəki qəpiylə şüşəyə daqqıldadıb, yoğun səslə “burda saxlıyarsan” deyən də BİZİK
Metroda maşinistlə əlaqə düyməsinə basıb, “Gənclikdə saxlıyarsan” deyən də BİZİK
Facebook-da hamı ilə sağollaşar “Gecəniz xeyrə qalsın” deyib səhərə kimi "offline" oturan da BİZİK
Dostlar arasında “Sevgidə gözəllik önəmli deyil, əsas odu ürəkdən sevəsən” deyib, gözəl qız axtaran da BİZİK
Əl telefonuna gələn qısa vızıvlardan bezib, 1 saat olsa belə “YES” düyməsi üstündə gözləyən də BİZİK
Universitetdə müəlliməyə “məəlim, olar ruçka alım gelim” deyib, dərsdən qaçmağı bacaran da BİZİK
Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə “heç olmasa 9 AZN elə də onu” deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da BİZİK
Bu, BİZ idik.. əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv biraz da acınacaqlı görsənən - BİZ!


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Ümumi Letifeler