Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxtliyi Tapan Kişinin Yazısı

Arvadım və mən bir evliliyi sonsuz etməyin sirlərini kəşf etdik....

Həftədə iki dəfə gözəl bir restorana gedirik, bir az şərab,

bir az gözəl yemək... Çərşənbə axşamları o gedər, cümə günləri mən...

Eyni yataqlarda yatırıq...

Onunku Gəncədə, mənimki Bakıda...

Arvadımı hər yerə aparıram...

Amma hər dəfə qayıdış yolunu tapır...

İldönümümüz üçün arvadıma hara getmək istədiyini soruşdum...

O da "Uzun zamandı getmədiyim yer olsun" - dedi... Mətbəxi təklif etdim...

Hər zaman əl-ələ tutarıq...

Əgər əllərini buraxsam, dərhal alış-verişə başlayar...

Elektriklə işləyən blendri, elektriklə işləyən

ət maşını, elektriklə işləyən çörəkbişirəni var...

Mənə deyir ki: "Evdə cox əşya var, oturacaq yer yoxdur".

Mən də ona elektrikli oturacaq aldım...

Bunu heç vaxt unutmayın... Evlilik boşanmanın ilk səbəbidir...

Statistikaya görə, boşanmaların 100%-i evliliklə baslayır...

Arvadıma 18 aydır tək bir söz deməmişəm...

Onun sözunu heç bir zaman kəsmək istəmərəm...

Son davamız mənim günahım idi...

Arvadım mənə "Televizorda nə var" deyə soruşdu... Mən də "Toz" dedim...


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Ümumi Letifeler
loading...