beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməli Smslər

Sənə bir dənə oğlan tapmışam. Krasavçik !!! səni görüb, bəyənib. Şəxsi evi, maşını, təyyarəsi, hətta ekvatorial meşəsi var. O meşədə meymunluq eləməyə hazırsan?

Şəkilini çək İraqa göndər qoy görsünlər ki, müharibədən də dəhşətli şeylər var.

Sənə bir sual verəcəm amma fikirləş sonra cavab ver. Bananlar niyə topa halında bitir? Əgər bilmirsənsə gedim başqa meymundan soruşum.

İslanmaq istədim səninlə yağışda. İslana bilmədim məni bağışla. Sən mənim yanımda böyük öküzsən, mən sənin yanında kiçik qarışqa.

Bir anlıq qış gecəsini təsəvvür et, üzərində qar dənəciklərinin naxış vurduğu pəncərəyə bax. Orda milçək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.

Sən ətirli bir bağda yaraşıqlı, əlvan rəngli, təravətli, əsrarəngiz bir çiçəyin yarpağına qonmuş dozanqurdusan.

Bir bilsən ki, səni necə çox istəyirəm. İstəmirəm ki, ayağına bir daş dəysin. İstəyirəm ki, hamısı başına dəysin.

Bütün gözəllik, zəka, ağıl, bir insanda cəmləşib, nəysə özümdən çox bəhs etdim səndən nə xəbər ?

Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.

Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Ümumi Letifeler