beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SamokaT

Üç adam ölər və cənnətə gedərlər. Sorğu mələyi birincisindən soruşar, "Səni cənnətə göndərmədən əvvəl sənə bir sualım var: Yoldaşına qarşı sadiq oldunmu?" Adam cavablayar; "Bəli, əsla bir başqa qadına baxmadım." Sorğu mələyi, "Burdakı Rolls-Roycesi görürsənmi? O sənindir. Cənnətdəykən istifadə edə bilərsən.." Sorğu mələyi ikinci adama da eyni sualı ünvanlayar və bu cavabı alar; "Bir dəfə arvadmı aldatdım amma bunu ona etiraf etdim. Məni bağışladı və xoşbəxt olduq,ailəmiz dağılmadı." Bundan sonra sorğu mələyi, "Oradakı Mersedesi görürsənmi? Cənnətdəykən onu istifadə edəcəksən.." deyər və üçüncü adamdan da soruşar, "Yoldaşını heç aldatdınmı?" Adam udqunar və belə deyər; "etiraf edim ki; gördüyüm hər qıza söz atdım və hər fürsətdə onlarla yatdım, bir çoxu ilə birgə oldum. Təəssüf edirəm." Sorğu mələyi; "Ehh" deyər, "Amma təməldə yaxşı bir adamsan. Buradakı köhnə zapını görürsənmi? Cənnətdə onu istifadə edəcəksən." Bundan sonra üç adam vidalaşar, avtomobillərinə minər və öz yollarına gedərlər. Bir neçə həftə sonra ikinci və üçüncü adam birlikdə gəzərkən barın qarşısında birinci adamın Rolls-Roycesini görərlər. Bara girdiklərində adamın pərişan bir halda, ətrafındakı boş butulkaların arasında sərxoş halda oturduğunu görərlər və çaşarlar. "Eeyy! nə olub sənə?" deyər ikinci adam, "Cənnətdəsən, altında bir Rolls-Royce var, hər şey mükəmməl amma sən niyə bu haldasan?" "Bu gün arvadımı gördüm!" deyər birinci adam. Digərləri; "Aaaa! nə qədər gözəl, yaxşı dərdin nədir?" deyə soruşarlar. Adam içini çəkərək danışar, "Samakatla gəzirdi..."


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Ümumi Letifeler