beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qizlar Ve Oglanlar...*

Amandanın 18 yaşı olanda onun valideynləri qərara
gəldilər ki, ad gününü restoranda qeyd etsinlər.Məclisə
200-dən çox adam gəlmişdi. Amandanın ad gününə
gələn yaşlı xanım səhnənin ortasında oynayan qızlara və
oğlanlara baxırdı.Yaşlı xanım yanında oturan şəxsə
deyir:
-Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək
olardi kim qızdı, kim oğlan. Amma indi çətindi qızları və
oğlanları ayırmaq.
Yanında oturan şəxs heçnə demir.Yaşlı xanım davam
edir,
-Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə
don geyərdilər.Amma indiki qızlar şalvar
geyinirlər.Baxın o qıza oğlan cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heçnə demir.Qadın
davam edir,
-Mən cavan olanda qızların uzun, oğlanların isə qısa
saçları olardı.Buna görə də kimin qız, kimin oğlan
olduğunu asanlıqla demək olardı.İndi qızlar saçları qısa
kəsirlər.Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heçnə demir.Yaşlı xanım yanındakı şəxsə
sual verir:
-Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindi, elə
deyilmi?
Yanında oturan şəxs deyir:
-Yox, çətin deyil.Mən onu asanlıqla ayıra bilirəm, çünki
o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
-Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
-Mən onun atası deyiləm, anasıyam.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Ümumi Letifeler