beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedək Göstərin Mənə O Dəlini ))))

Bir gün müfəttiş dəlixanaya gəlir. Qapının ağzına çatanda görür ki, 5-10 dəli bir birinin köynəklərindən tutaraq ona yaxınlaşır. Ən qabaqdakı müfəttişin yanında dayanıb deyir:
-Hara gedirsən?
Müfəttiş:
- direktorun otağına.
Dəli deyir. Mən avtobus sürürəm. Arxamdakılar da sərnişin. Bu avtobus direktor kabinetinin yanından keçir. Min avtobusa aparım səni də.
Müfəttiş bunlara qoşularaq gedir. Gəlib direktorun yanına çatanda dəli deyir. 2 manat! Müfəttiş qorxaraq verir. Sonra direktorun otağına daxil olur. Əsəbi halda deyir:
- Bu nə deməkdir? Sizin dəliləriniz mənim pulumu aldılar!!!
Direktor cavab verir: Hansı dəli? Mən taksi sürücüsüyəm. Əyləşin taksiyə. Gedək göstərin mənə o dəlini ))))


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 32 Bölmə: Ümumi Letifeler