beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buna Oxwar Bir Hiss

Bir gün Napoleon düşmən əsgərlərindən qaçaraq bir dükana girir. Dükançıya “məni bir yerdə gizlət” deyir. Dükançı onun gizlədir və ardınca gələn düşmən əsgərlərinə başqa bir tərəfi göstərərək yola salır.
Bir müddət sonra Napoleonun əsgərləri onun ardınca dükana gəlir. Dükançı gizlətdiyi şəxsin Napoleon olduğunu bilib maraqla soruşur:
-Cənab Bonapart, ölümlə üzbəüz duranda hansı hissləri yaşadınız?
Napoleon birdən qəzəblənir və əsgərlərinə “bu adamın gözlərini bağlayıb güllələyin” əmrini verir.
Əsgərlər sərkərdənin əmri ilə kişinin gözlərini bağlayıb divara dirəyirlər. Kişi qorxudan əsdiyi zaman Napoleon onun gözlərini açır və təbəssümlə:
-Buna oxşar bir hiss! – deyir.


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 52 Bölmə: Ümumi Letifeler