beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Her Sinifde

9-cu sinif.

-Hazırda dərsdəyik.Yanımda dünya gözəli bir qız oturur.
-Üzünə baxmağa qıymıram
-Onu nə qədər çox sevdiyimi bilmir.
-O mənim ən yaxın dostumdu.
-Məni sadəcə dostu olaraq görür.
-Səbəbini bilmirəm amma.
-Özümdən çox utanıram.

10-cu sinif.

-Evdə idim.Mənə zəng edib,sevgilsi ilə dalaşdığını və mənə ehtiyacı olduğunu söylədi.
-Sonra bizə gəldi.Mənə möhkəm-möhkəm sarılıb ağladı.
-İndi dizlərimin üstündə yatır.
-Saçlarını oxşayıb,o gül üzünü doya-doya,seyr edirəm.
-Men onu o qədər çox sevərkən….
-O məni sadəcə,dostu olaraq görür…
-Səbəbini bilmirəm amma…özümdən çox utanıram…

11-ci sinif

Məzuniyyət balosu…
-Onunla uşaqlıqdan bəri dostluq edirik.
8-ci sinifdəykən bir-birimizə söz vermişdik məktəbi bitirəndə məzuniyyət balosuna gedəcəkdik…
-Bizimlə gedəcək olan kimsə olmazsa bərabər gedəcəkdik…
-Mənə zəng edərək sevgilisinin xəstələndiyini və gələ bilməyəcəyini söylədi.
-Və məndən bərabər gedə bilərikmi deyə soruşdu…
-Qəbul etdim və onu evindən aldım…
-Balodakı ən gözəl qız o idi…
-Bəmbəyaz paltarı ilə...sanki bir mələk idi...
Gecə boyu rəqs etdik...Qollarımdaykən ancaq bir şeyi düşünürdüm...
«Onu Çox Sevirəm» Gecə sonunda onu evinə buraxdım..
Məni yanağımdan öpüb,ən yaxşı dostu olduğumu söylədi...
Onu həqiqətən çok sevirəm...
Amma o məni dostu olaraq görür.
Ona, onu sevdiyimi necə söyləyə bilərəm?
Səbəbini bilmirəm amma özümdən çox utanıram…
Aradan illər keçdi…
İndi o canımdan çox sevdiyim mələyimi torpağa verirəm.
Şəxsi əşyalarının arasında,qara bir üzlü dəftər çıxmış.
Mənə verdilər.Oxuyub-oxumamaqda qərarsız qaldım...açdım...
Bir gündəlik idi...və bir səhifəsində belə yazılmışdı:
-İndi dərsdəyik
Və yanımda dünya yaraşıqlısı bir oğlan oturub.
Üzünə baxmaqdan doymuram..
Onu nə qədər çox sevdiyimi bilmir.
Məni dostu olaraq görür.
Sevgilim olduğu yalanını söyləyərək və mütəmadi onunla bağlı yalanlar uyduraraq,yanında ola bilirəm.
Onu canımdan çox sevirəm.
Mənə bir kərə «Səni Sevirəm» desəydi..Dünyalar mənim olardı.
Mən bu sətirləri oxuyarkən,mələyimi çoxdan gömdülər...
İndi hönkürtülərimi tuta bilmirəm.Gözümü məzardan ala bilmirəm


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Ümumi Letifeler