beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GUYA NIYE DIRMAWMISAN?

Göyə niyə dırmaşmışsan?
Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar:
Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
- Salam əleyküm, ya Allah!
Teymur deyir:
- Mən Allah deyiləm ay kişi! Mən...
Molla onun sözünü ağzında qoyub deyir:
- Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
- A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
- Başa düşmürəm. İndi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Ümumi Letifeler