ABBASINI OZUNDEN AL
						Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə
 vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ
 dedi:
 - Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
 Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının
 boynuna bir sillə vurub dedi:
 - Mən tələsirəm, abbasını ondan özün al!
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Ümumi Letifeler
loading...