Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

500 PUD GORERDA

Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli – altmış pud məhsul götürüb, külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə - beş artır. Kəndxudalar istədiklərini eləyib cammatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
- Sə...nin bu il beş yüz pud taxılın olub. Gərək o haqq – hesabdan da vergi verəsən.
- Canım, vallah, mənim vur – tut əlli pud taxılım olub. . .
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
- Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
- Nə oldu? Hara getdin?
- Kəndxudada günah yox imiş, qibleyi – aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də. . .


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Ümumi Letifeler
loading...