beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Letifeler=))

Deməli bir gün azərbaycanlı, rus, gürcü yarışırlar...
Bunları aparırlar ucu-bucağı bilinməyən bir sahəyə, deyirlər
"dayandığımız yerdən maksimum hara qədər qaça bilsəniz qaçdığınız yerə qədər ərazilər sizin olacaq"
Rus 3 kilometr qaçır, sonda yorulur, yıxılır yerə...
Buna deyirlər "halaldı, 3 kilometr yer sənindi... necə istəsən istifadə edə bilərsən"
Gürcü başlayır qaçmağa, 5 kilometr də gürcü qaçır...
Sonda yıxılır yerə. Buna deyirlər
"halaldı, bu 5 kilomrtrlik ərazi sənindi, necə istəsən istifadə edə bilərsən..."
Azərbaycanlı başlayır qaçmağa 5 kilometr qaçır dayanmır, 10 kilometr qaçır dayanmır, 15 kilometr qaçır dayanmır... xeyli müddət qaçır... axırda ölümcül vəziyyətə çatır... yıxılmağına 1 balaca qalmış əlini kəsir atır 10 metr uzağa ki: "bura da kartof əkərəm...

Bir gün Izzet Bagirov yuxu görur... Izzete deyirler senin günahlarin coxdu gerek sen çirkin qizla gezesen. Izzet: menimkimi bomba oglan çirkinqizlami gezecek? Izzet axiri raziliqa gelir. Bir gün Izzet çirkin qizla gezende görurki Niyametdin Sahikarayla gezir Izzet deyir yeni Niyametdinin savablari bele coxdu? Niyametdin savablari yox Sahikaranin günahlari coxdu...

Bir sayt adminini əsgərliyə göndərirlər.
Bir gün qarşı tərəfdən əsgər gəlir.
Admin:Dayan! Şifrə nədir?
Əsgər cavab verir:Bakı
Admin: Bəs login?!

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.

Baş həkim xəstəyə baş çəkir:
- Artıq əməliyyatınız başa çatıb?
- Bəli.
- Necə oldu?
- Üç minə?
- Onu demirəm. Soruşuram, Sizin nəyiniz vardı?
- Yalnız iki minim.
- Yenə başa düşmədiz, deyirəm, narahtlıq nədən idi?
- Qiymət yaman yuxarı idi, ay, həkim...

ABŞ-da polisə zəng:
- Bizim qonşunun çoxlu pulu var.
- Sənə nə?!
- Pulu dövlətdən oğurlayana oxşayır.
- Hələ bilmək olmaz.
- Vergi də vermir.
- Gəlirik!
Avropada polisə zəng:
- Bizim qonşunun çoxlu pulu var.
- Noolsun ki?!
- Onu dövlətdən oğurlayana oxşayır.
- Gəlirik!
Azərbaycanda polisə zəng:
- Bizim qonşunun çoxlu pulu var.
- GƏLLƏMMM!!!!

Azərbaycanın təzə məmurlarından biri Moskvada taksiyə minib. Sürücüdən xoşu gəlməyən məmur öz-özünə deyir:
- Ə, bu şoferin nə protivni mordası var?!
Sürücü:
- Tı sam protivnıy!
- Oy daa... ə, bu bizim dili bilirmiş ki!

Gənc qız dükana girər və satıcıdam soruşar ; bu parçanın metrəsi neçəyədir? Satıcı gülümsəyərək cavablar bir öpüş şirin qadın . Gənc qız o zaman 10 metr alıram deyər . Satıcı həyəcanlanaraq tez 10 metr parçanı təslim edər və qızın üzünə baxmağa başlar . Gənc qız təşəkkür edirəm deyər və arxasında dayanan yaşlı qadını işarə edərək hesabı ata tərəfdən nənəm ödəyəcək deyər …

Bir rus qişda qarın içində oturub marojna yeyir)
Azərbaycanlı bunu görür və gəlib soruşur ki: Bu marozda sən niyə marojna yeyirsən? başın xarab olub?
Rus qayıdıb deyir: Siz o cür Yayın istisində o ki var çay içirsiz) o necə olur bəs)))))))

Qadin eve gelende erin metbexde milcek oldurduyunu gorur ve sorusur: neyniyirsen ?
Milcek tuturam.
Hec olmasa tuta bildin ?
Hee 3erkek 2diwi tutmuwam.
Aaa bes hardan bildin 3ü erkek 2i diwidi ?
3nü pive wuwesinin ustunden 2inide telefonun ustunden tutdum...

Molla Nesreddin bir gun esseyini itirir. kucelerde Allaha sukur ede gezir:Allah sen cox sukur, Allah sene cox sukur.
onu gorenler ondan sorusurlar:
-Ay molla nesreddin senin esseyin itib sende Allaha sukr edirsen?
Molla nesreddin:
-Yaxshiki ustunde olmamisam

Müəllim :
-İndi mən Pifaqorun nəzəriyyəsini sübut edəəcəyəm.
Arxada oturan sagird :
-Zəhmət çəkməyin,-deyir,-biz sizə elə belə də inanırıq.


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Ümumi Letifeler