beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulmeli Atalar Sozleri

109. Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.

110. Balıq bilməsə də Xalıx bilər, balığa deyər.

111. Niyyətin hara, mənzilin ora. Əsas odur qazı, işığı, suyu daimi olsun.

112. Qız barda gəzir yox xəbəri oğlanların.

113. İlanı yuvasından çıxarırlar, yuvanın sərəncamı yoxdur.

114. Sabun əli yuyar, əl də qayıdar. . . amma həmişə yox.

115. Kosmetika sevən göyçək olar.

116. Yetimdən soruşdular ki, kimi vurarsan?Dedi:"Çörək sexinin müdirini".

117. Yel əsir, "podruqa"lar oynayır.

118. Ağa deyir, sür dərəyə. Sürmürəm, özün sür get.

119. Gədədən mer olmaz.

120. Allah min dərd verəndə, min bir dərman firması verir.

121. İnək göz eləməsə, kəl "balkon"un altında dayanmaz.

122. İtlə dostluq et, boks əlcəyini əlindən çıxarma.

123. Pul əl çirkidir. Varlılar əllərini yumur?

124. Kor nə istər. İki göz. İkisi də düz.

125. Anası gəzən ağacı balası Mersedesdə gəzər.

126. Təmizlik imandandi. İman "Tide"satır.

127. Yalan ayaq tutar pedikür eliyər.

128. Görməmişin bir oğlu oldu. Apardı kulinariya kursuna yazdırdı.

129. Qızı mindirərsən maşına o da çıxar başına.

130. Arvad evin dirəyidi. Küncdə.

131. Aşıq eldən gələr, oğul Ursetdən.

132. Pinqivin vurub qazan doldurur.

133. Sevginin gözü kor olar, sevgilinin qulağı şəlpə.

134. Qoduq oynayanda qar yağar. Qoduqlar rəqs dərnəyinə gedir.

135. Xeyir söyləməzə dedilər ki, xeyir söylə, dedi:" Allah xeyir versin"

136. Suda boğulan akuladan yapışar.

137. Özgəsinə quyu qazan özü düşər quyunun dibinə beton tökər.

138. Donuzu bostandan sərəncamla çıxardarlar.

139. Hamının gedəni Təcili yardım kimi gəlsin.

140. Kimin əvvəli, serialın axırı.

141. Dost üzə baxar düşmən ayağa. Əgər baxılan obyekt mini yubka geyinməyibsə.

142. Bunların arasında ala qarğa bala çıxarmaz. Gedər doğum evinə.

143. Beş yeyənin olsun, on içənin. Bir yazanın olmasın.

144. Ustadına kəm baxanın fonoqramması kəsilər.

145. Əsgərlik ondu, doqquzu Rusiyada gizlənmək, biri də saxta hərbi bilet almaq.

146. Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.

147. Ağır otur batman gəl, yüngül otur spiderman.

148. Deputatliğa namizədin şahidi yanında olar.

149. Dama-dama şalvar olar.

150. Çox istəyən az faizlə kreditə götürər.

151. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.

152. Gəzməyə qərib olkə, ölməyə Vətən yaxşı. Vətən məgər Vətənpərvərlər qəbirsanlığıdı?

153. Yaxşılığa yaxşılıq hər kişinin işidi-Bələdiyyəyə paxıllıq mer kişinin işidi.

154. Gəlin evin süpürgəsidi. Hara qoysam oranı süpürüb talan edər.

155. Bir əldə iki qarpız tutma. Qoy torbaya.

156. Tək əldən səs çıxmaz. Çıtma çalmasan.

157. Biri istədi ki hamı ona Koroğlu desin. Vurdu atasının gözlərini çıxardı. Hamı ona Koroğlu dedi. İndi pul yığır bir saz alsın, bir at, bir də qılınc.

158. Biri istədi ki ona ağsaqqal desinlər. Getdi saqqalını ağ rəngə boyadı. Hamı ona ağsaqqal dedi. İndi gözəllik salonlarında ağ rəng "Londakolor"a pul çatdıra bilmir.

159. Başın girməyən yerə CV vermə.

160. Topala dedilər ki niyə axsayırsan?Dedi mən axsamıram, asfaltı əyri vurublar.

161. Toydan sonra 7 mərtəbəli tort?

162. At almamış axur alma. İndi atlar McDonalds-da yeyirlər

163. Uzunun ağlı turnikində olar.

164. İnək nə bilir çizburqer nədir?

165. Ucuz ətin şorbası ətin özündən bahadır.

166. Ağzına atletik dovşan sığmır.

167. Əl tutmaq qaldı Əlinin zamanında.

168. Nənəmin medalı olsaydı baba deyərdim.

169. Sözü at yiyəsi təpəni dağıtsın.

170. Tarix təkrar olunur. Riyaziyyatı oxuyan yoxdur.

171. Su axan yerdən bir də axar. Su boruları pis gündədi.

172. Qonşu qonşu olsa, keçəl qızın parik qoymasını heç kim bilməz.

173. Vaxtından əvvəl açan gülü şaxta vurmaz. Parnikdədir gül.

174. Aslanlar öləndə ditdililər yasda camaata qulluq edər. Milçək mollalıq


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Ümumi Letifeler