Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyamiza Faydali Insanlar Dahiler - Leonardo Da V

Leonardo da Vinçi
Dünyamıza Faydalı insanlar Dahilər - Leonardo da VinçiOnunla müqayisə oluna biləcək qədər dahi bir insan demək olar ki hələ bu dünyaya gəlməyib. Dahi sözü elə bil onun üçün kəşf edilib.Təsəvvür edin ki bir insan dünyanın ən məşhur rəsm əsəri olan“Mona Liza”nın və daha bir çox rəsm əsərinin müəllifi olsun və bununla belə hətta 5 əsr əvvəlcədən velosipedi, paraşütü,ilk vertolyotu və bir çox dövrünü qabaqlayan ixtiralar etsin.Təsəvvür edin o vertolyotu ixtira edib,amma o dövrdə hələ motor deyilən şey kəşf olunmamışdı.(Yəni konkret buxar motoru,elektrik motoru yox idi.Sadəcə kiçik mexaniki qurğular var idi)Bu insanın dühasına baxanda digər hərhansı kiməsə dahi deməyə utanır insan.Bundan başqa o riyaziyyat,mühəndis,heykəltəraşlıq,memarlıq,musiqiçvə yazıçılıq (və hətta modelyerlik – ilk dikdaban ayaqqabını da o yaradıb) və digər ağlınıza gələ biləcək hansı sənət və elm sahəsi varsa hamısı ilə məşğul olub və hamısının inkişafına ağlasığmaz töhvələr verib.O evlilikdən xaric övlad olduğundan o dövrün qanununa görə məktəb oxuya bilməzdi.Atası Florensiyada bir vəkil və anası da deyilənə görə onun qulluaqçusu idi.Yalnız rəssamlıqda istedadının görəndən sonra atasın onu Florensiyanın məşhur rəssamlarından birinin yanına şəyird qoyur.Uşaqlıqda onu anası böyüdür,sonra babasının yanında yaşayır,bir müddət sonra atası onu yanına götürsə də uşaqlıqda elə bir şəfqət görə bilmir.Çoxları onun dühasını ana-ata sevgisi görmədiyindən özünü öyrənməyə sərf etməsinə bağlayırlar.Ömrünün çoxunu saraylarda hökmdarlara xidmət etməklə keçsə də fikirlərinin çoxu həyata keçməmiş qalıb.Bir çox müharibə avadanlıqları ixtira etsə də özü sülh tərəfdarı olub.Özü isə həyatda da hərtərəfli insan olub.Özü vegeterian olub(ət yemirmiş) və idmanla məşğul olan çox sağlam,zireh adam olub.Köməkçiləri ilə arasında qeyri-adi əlaqələr olduğuna dair iddialar geniş yayılsa da bunlar hələlik təsdiq olunmamış əsassız iddialarolaraq qalır.O işləyərkən qeydlər aparardı.Qeydlərini də sağdan sola (güzgüdə göründüyü kimi) yazardı.Bəziləri bunu asan oxunmasın deyə etdiyini deyirlər.Bizə 15000 səhifəlik qeyd dəftərçələri gəlib çatıb.Bu qeydlərdən Hidromexanikaya aid olan hissəsi isə hal-hazırdaBill Qeytsin arxivindədir.Bundan başqa onun yaşadığı dövr Osmanlıların ən qüdrətli vaxtı olub.Buna görə də Da Vinci oturub Osmanlıya bir məktub yazıb və deyib ki İstanbul Boğazının Haliç hissəsində bir körpü layihəm var.Amma nə əcəbsə o ciddiyə alınmayıb.Hələ də onun işlərində açılmamış sirlər çoxdu deyə düşündükləri üçün alimlər dördəlli araşdırmalardadırlar.500 il sonra da olsa bu dahi insandan nəsə öyrənmək arxasınca gedirlər.Dünyamıza bu qədər faydalı olmuş bir insan haqqında yeni məqalələr dərc etmək isə Faydalı üçün ən böyük zövq olacaq.


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Xarici Əsərlər
loading...