Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Nurandan xəbər var

Tanınmış teleaparıcı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran Hüseynovdan xəbər var.
Uzun müddət “Xəzər” TV-də yayımlanan “Xeyir körpüsü” verilişini aparan və xəstəliyi səbəbindən bir neçə ildir Almaniyada müalicə olunan Hacı Nuran “facebook” sosial şəbəkəsində statuslar paylaşıb.
Tanınmış teleaparıcı bildirib ki, hazırda səhhəti normaldır və o, müalicə ilə yanaşı görüşlərini də davam etdirir: “Bu gün mənə dayaq olmuş, xəstəliyimin hər bir mərhələsinə mənimlə olan həmkarlarım – Həmid Bağırov və Bəxtiyar Babayevin ad günüdür. Mən onları təbrik edirəm, qoy həyatda arzuları solmasın”.
Dünən Azərbaycan Respublikasının əməkdar artisti Sahib Paşazadə ilə görüşdüyünü deyən Hacı Nuran soydaşlarına salam göndərməyi də unutmayıb.


Tarix: 26.01.2015 / 11:17 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Xərçəng
loading...