Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gurze

Qiymə üçün - Yarım kq Ət ( mal və ya qoyun)
1 ədəd orta baş soğan,
duz, istiot, 2 çimdik darçın və sarıkök.
qatıq.


Xəmir üçün - Un, azca duz və su nə qədər apardı. Un hardasa iki əlimin ovcu ilə iki dəfə qaba tökürəm.
Hazırlanma qaydası - Əti və soğanı ət maşınından çəkirik və qarışdırırıq. Tavaya yağ töküb, əti yaxşı- yaxşı qovururuq. Bişənə yaxın duz, istiot vururam. Dada və ətirə görə isə darçın və sarıkök vururam. Qoyduq əti qırağa. Keçirik xəmirə. Una duz vurub, su ilə yoğururuq. Yumşaq xəmir alınır, xəmir bərk olmamalıdı, yumşaq, azca ələ yapışan. Ayırıq 3 kündəyə. Hər kündəni oxlovla nazik yayırıq, stəkanın ağzı ilə yumru dairələr kəsib, hər dairənin içinə ətimizi qoyuruq. Hardasa bir çay qaşığı. Ağzını bağlayırıq, dalğavari forma veririk. Asta -asta beləcə Gürzələrimiz hazır olur. Belə balığa oxsayırlar lap.Sonra qazanda su qaynadırıq, suya duz əlavə edib ( su şor olsun ), balıqlarımızı buraxırıq suya. Gürzələr bişəndə suyun üzünə qalxır, çalışın çox qaynatmayın, yoxsa xəşil olar, zəhmətiniz heç olar. Suyunu süzüb, nimçələrə veririk, hardasa adama 20 - 24 ədəd düşür. Üstünə darçın səpirik,sərmisaqlı qatığı da üstünə töküb, ləzzətlə vururuq bədənə. İsti- isti yemək lazımdı, tez soyuyur çünki, soyuyanda da ki, dadı heç nə olur.


Tarix: 20.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 476 Bölmə: Xəmir xörəkləri
loading...