Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yabanı göyərtidən qutab

Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) – 400q,

buğda unu – 150q

, ərinmiş yağ – 20q,

lavaşana – 10q,

yumurta – 1/2 əd., maya – 10q,

qatıq - 50q,

kərə yağı – 20q,

istiot, duz.


Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.


Tarix: 12.12.2012 / 11:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Xəmir xörəkləri
loading...