Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq paltarları ayrı yuyulmalıdır

Körpələrin dəri quruluşu çox həssas olduğu üçün geyimləri də ayrı bir diqqət istəyir.
Körpə geyimləri necə olmalı?
Körpə dərisinin çox həssas olmasının səbəbi ilə xarici faktorlara məruz qalmamış olması, dərisindəki yağ təbəqəsinin az olması səbəbindən dərinin xarici faktorlara qarşı qoruyucu təbəqəsinin tam olaraq meydana gəlməmiş olmasıdır. Məsələn, körpə dərisində regional keratin təbəqəsi inkişaf etməmişdir. Bu səbəblə uyğun olmayan geyimlər qızarıqlıq və bədənində həssaslıq yarada bilər. Bənzər şəkildə kimyəvi baxımdan irritatif xüsusiyyət daşıyan təmizlik vəsaitləri və yuyucular eyni mənfi təsiri yaradarlar.
Dəri bədənin istilik idarəsində əhəmiyyətli rol oynayar. Bu səbəblə xüsusilə pambıqlı geyimlər və əmici xüsusiyyəti çox olan vəsaitlərdən edilmiş geyimlər seçilməlidir. Paltar üzərində metal və sərt plastik seçilməməlidir. Çin malı olan paltarlarda kanserojen maddələr oa biləcəyi göz ardı edilməməlidir.
Körpə geyimləri necə yuyulmalı?
• Körpə dəri quruluşu böyük dərisindən fərqli olduğu üçün öz paltarlarınız üçün istifadə etdiyiniz yuyucular körpənizin dərisinə zərər verə bilər. Bu səbəblə körpə geyimləri böyük geyimlərindən ayrı yuyunmalıdır.
• Geyimlərin marka etiketlərini çıxarsanız körpənizin dərisinin allergik olmasını önləyərsiniz.
• Körpənizin yeni paltarlarının əvvəl yuyulması və ardından da ütülənilməsi lazımlıdır.
• Körpənizin dərisi üçün geyimlərini yuyarkən dərinin tahriş olmaması üçün paltar suyu ya da buna bənzər yuyucularla geyimləri yumamalısınız. Körpə dərisində əlverişsiz yuyucu istifadəsinə bağlı olaraq qaşındı, qızarıqlıq kimi yan təsirlər meydana gələ biləcəyi kimi irəliləyən dövrlərdə allergik kontakt dermatitler inkişaf edə bilər.
• Körpə geyimləri üçün xüsusi çıxarılan yuyucular və ya sabun tozlarını seçməlisiniz. Geyimləri yumadan əvvəl yuma təlimatnaməsinin oxunması və ona görə yuyulması lazımlıdır. Maye formadakı yuyucular daha asan durulandığı üçün bunları seçim edə bilərsiniz.
• Körpə geyimləri çox yaxşı durulanmalıdır. Yuyulan geyimləri mütləq açıq havada qurudulmalı və ütüləməlisiniz. Ütü təmin etdiyi yüksək istilik səbəbiylə gigiyenik təsiri artırar.
• Yuma sonrası körpənizin geyimlərini günəş görən bir yerdə qurudun. Günəş şüaları bəzi bakteriyaların yox olmasına kömək edər. Paltarları quruduqdan sonra sərin və quru bir yerə ya da uşağınızın şkafına qoyun.


Tarix: 06.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Valideynə məsləhət
loading...