Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aclıq – xeyirlidir, yoxsa?

Aclıq orqanizm hüceyrələrinin autofagiya qabiliyyətini artırır və beləliklə ömrün uzanmasına səbəb olur.
Həkim Kristian Lüvenburqun rəhbərliyi altında siçovullar üzərində tədqiqat aparan Florida Universiteti alimləri göstərmişlər ki, hüceyrələrə qida maddələrinin daxil olmasının məhdudlaşdırılması

autofagiyanın aktivləşməsi yolu ilə onların ömrünü uzadır. Bu zaman mitoxondrilər və digər hüceyrə strukturları parçalanır və alınan materiallar həyat fəaliyyəti prosesi üçün sərf olunur. Hüceyrələrin həyat fəaliyyəti prosesində onların daxilindəki strukturlara dağıdıcı təsir göstərən sərbəst radikallar əmələ gəlir. Hüceyrə tənəffüsünün bu toksik məhsulları ən çox hüceyrəni enerji ilə təmin edən mitoxondrilərə təsir edir. Zədələnmiş mitoxondrilər hüceyrədən uzaqlaşdırılmadıqda burada xüsusi zülallar sintez olunur ki, onlar da hüceyrənin özünüməhvinə başlanğıc verir. Cavan hüceyrələr zədələnmiş strukturları tezliklə emal edib onların qalıqlarından enerji mənbəyi kimi istifadə edir və yaxud yeni strukturlar qura bilir. Əfsuslar olsun ki, hüceyrələr qocaldıqca bu qabiliyyətini itirir, onlarda zərərli məhsullar toplanır və ümumi orqanizm də getdikcə qocalmağa başlayır.
Alimlər yaşlı və cavan 22 siçovulu iki qrupa ayırmış, yarısına aşağı kalorili, digər yarısına isə normal qida vermiş və onların hüceyrələrinin vəziyyətini müşahidə etmişlər. Müəyyən olunmuşdur ki, aşağı kalorili pəhriz qoca heyvanların ürək hüceyrələrinin özünütəmizləmə qabiliyyətini 120% artırmış, cavan fərdlərin hüceyrələrinə isə təsir etməmişdir.
Kalori azlığının hüceyrələrin həyat fəaliyyətinin toksik məhsullarından özünütəmizləmə qabiliyyətinə təsirini öyrənmək üçün tədqiqatçılar siçovulların orqanizmində müəyyən zülalların konsentrasiyasının yaşa və qidalanma xarakterinə görə dəyişməsini qiymətləndirmişlər. Aydın olmuşdur ki, az kalorili qida qəbul edən yaşlı siçovulların hüceyrələrində autofagiya prosesini işə salan zülallar yüksək konsentrasiyadadır. Autofagiyanın aktivləşdirilməsi çoxlu miqdarda mitoxondriyə malik olan ürək hüceyrələri üçün xüsusilə vacibdir. Zədələnmiş orqanellərin əməli surətdə yenidən emal olunması qocalmaqda olan orqanizmdə ürək əzələsinin iş qabiliyyətini qoruyub saxlaması üçün son dərəcə əhəmiyyətlidir. Orqanizmin qəbul etdiyi qidanın kalorisinin azaldılması müəyyən qədər problematikdir və həmişə mümkün olmur. Ona görə də tədqiqatçılar hal-hazırda qidanın kalorisini azaltmadan autofagiya prosesinin aktivləşdirilməsi yollarını araşdırırlar.


Tarix: 07.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 582 Bölmə: Umumi Xestelikler
loading...