Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəddə

Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi.

Bədii analiz

Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var:
Birrəngli

Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır.
Damalı

Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Süjetli

Süjetli şəddələr eyni prinsiplə hazırlanır. Süjetli şəddə olan “Dəvəli” bütün dünyada şöhrət qazanmışdır. Demək olar ki, onların süjeti eyni olaraq qalır, kompozisiyası isə dəyişilməyib. Karvan bir neçə üfiqi cərgə ilə sahədə soldan sağa hərəkət edir. Hər bir qatar gedən sarvana əsaslanır. İnsanlar və heyvanlar tünd-qırmızı fonda canlaınr, rəngi parlaq və hamardır.

Şəddə iki variantda kompozisiyaya malikdir.
Birinci variant

Birinci variantda kompozisiya müxtəlif süjetlərdən ibarətdir. Əsas süjet – sıraya düzülmüş at və dəvə karvanıdır. Karvanların qarşısında yerləşən daşıyıcıların – sarvanların, dəvə minənlərin fiqurları süjetli şəddənin səciyyəvi cəhətidir. Atlıların sol əlində ov quşu – şahinin, sağ əlində isə ov itlərinin xaltasına keçirilmiş kəndirin təsviri verilmişdir. Bu, ov səhnəsidir. Maraqlısı bundadır ki, orta sahədə təsvir olunmuş bütün adam təsvirləri qabaqdan görünüşlə, heyvan təsvirləri isə profildən verilmişdir. Hər bir insan və heyvan fiqurunun öz rənginin olmasına baxmayaraq, bu, xalçanın ümumi rəng ahəngdarlığına xələl gətirmir. Süjetli təsvirə malik olan Şəddə nadir hallarda xüsusi sifarişlə toxunur. Cəbrayıl rayonunda ipəkdən toxunmuş belə xalçalara rast gəlmək mümkündür.
İkinci variant

İkinci variantda olan Şəddə ornamental naxışlı xalçalardır. Bu naxışların ümumi elementi qabaqdan görünüşlə verilmiş şanapipik quşunun təsviridir. Belə tipli kompozisiyalara Qarabağ zililərində də rast gəlmək mümkündür. Yaxın zamanlaradək orta sahəsi şahmata bənzər xanalardan ibarət olan Şəddə də istehsal edilirdi.


Tarix: 24.03.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Toxuculuq
loading...