Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahabbası xalçaları

Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir.İstehsalı

Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı.

Bədii xüsusiyyətləri

"Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir. Belə güldanı "Şeyx Səfi", "Xanlıq" və başqa xalçalarda görmək olar. "Şahabbası" xalçasının xarakterik xüsusiyyəti elementlərin üfiqi xətt üzrə asimmetrik yerləşməsidir. XVII əsrin ikinci yarısından başlayaraq "Şahabbası" xalçasının adı – "Covşaqan" yayılmağa başlayır. Covşaqan – İsfahan şəhərindən şimalda yerləşən məşhur xalçaçılıq məntəqəsidir.

Texniki xüsusiyyətləri

"Şahabbası" xalıları, adətən, böyük ölçüdə olur və bir qayda olaraq, sıx toxunur.


Tarix: 24.03.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Toxuculuq
loading...