Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaylı xalçaları

Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Çaylı xalçaları"ı öz adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından gütürülmüşdür. "Çaylı xalçaları"ı əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə ("Gəncə-şəhər" adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır.

Bədii analiz

"Çaylı xalçaları"ı Şirvan xalçaçılıq məktəbindən olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur.

"Çaylı xalçaları"ının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri bir göl yerləşdirimiş və qara rəngli yerliyi olan ara sahəsinin sərbəst qalan yerləri "Bəndi rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi rumi" adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.

"Çaylı xalçaları"ını bir çox ustalar "Oysuzlu xalçaları", digərləri "Qaraxanlı xalçaları" adlandırırlar.

Texniki xüsusiyyətlər

"Çaylı xalçaları"nın ölçüləri 120x180 sm-dən 150x250 sm-ə qədər ölçülər arasında dəyişir.

"Çaylı xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 33x33 ilmədən 40x40 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 108 min ilmədən 160 min ilməyə təsadüf edilir.

"Çaylı xalçaları"da xovun hündürlüyü 6-8 mm-dir.


Tarix: 24.03.2013 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Toxuculuq
loading...