Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ xalçası

Qarabağ xalçası – Qarabağ tipinə aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır. İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası", Qubada toxunan eyni xalçalar isə "Afurca xalçası" adlanırdı.

Bədii analiz

"Qarabağ" xalçaları bir neçə variantda kompozisiyaya malikdir. Onlardan birincisinin orta sahəsinin kompozisiyası yalnız göllərdən ibarətdir və İran və Hindistanın bədii parçalarını, xüsusilə basma naxışlı pərdələri xatırladır. Bitki naxışlarına isə göllərə Quran-i Kərimin üz səhifələrində, XV – XVII əsrlərdə Təbriz rəssamlarının bədii – ədəbi əsərlərində rast gəlmək olar. Göllərin yuxarı və aşağı hissələrində yerləşdirilmiş başlıqlar orta sahədəki qellər arasındakı boşluqları doldurur və bununla da xalçanın bədii dəyərini artırır. Qeyd edək ki, göllər arasındakı məsafə və ya boşluq nə qədər azdırsa, xalçanın bədii dəyəri o qədər çoxdur. "Qarabağ xalçası"nın II növü toxucular tərəfindən "Çini–çeşni" adlandırılan xalçalardır. Onun orta sahəsinin kompozisiyasını bir sırada yerləşdirilmiş səkkizbucaqlı göllər təşkil edir. Zaman keçdikcə xalçaçılıq sənətinin texnoloji xüsusiyyətləri ilə əlaqədar olaraq, bu xalçalar dəyişikliyə məruz qalmışdır.

Texniki xüsusiyyətlər

"Qarabağ" xalçaları müxtəlif ölçülərdə hazırlanır. Hətta kvadrat formalı olanlara da rast gəlmək mümükündür. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 50X50-dək düyün yerləşdirilir (hər kvadrat metrdə 120 000-dən 250 000-dək düyün). Şuşada və Qubada daha çox hazırlanan kiçik ölçülü xalçalar daha sıx olur. Xovun uzunluğu 6 –9 mm-dir. Müasir dövrdə "Qarabağ" xalçaları öz əhəmiyyətini itirmiş və adi xalçalar kateqoriyasına aid olmuşdur.


Tarix: 24.03.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Toxuculuq
loading...