Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malıbəyli xalçası

Malıbəyli xalçası - Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Malıbəylinin sakinləri buraya vaxtilə Laçın rayonu mərkəzindən 20 km aralıda yerləşən Malıbəy kəndindən köçüb gəlmişdilər. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.

Bədii analiz

Malıbəyli xalçasının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə yerləşmiş qellər təşkil edir. Bu qellər orijinal bədii xüsusiyyətlərə malikdir: onlar orta sahənin hansı hissəsində yerləşməsinə və kəmiyyətinə baxmayaraq, formalarına görə eynidirlər. Hər bir qelin mərkəzində hovuz təsviri yaradan kvadrat formalı element yerləşir, onun üzərində isə əks tərəflərə baxan iki ördək təsvir edilir.Ördəklər həyat əhəmiyyətli ünsürlərdən biri olan suyu simvolizə edən 5 formalı naxışlarla əhatə olunur. Kvadratlar özləri isə bulud təsviri yaradan naxışların forması olan ilanabənzər elementlərlə əhatə olunur. Məlum olduğu kimi, dekor elementi və bulud təsviri kimi Şərq dekorativ incəsənətinin bütün sahələrində qədim zamanlarda və orta sahələrdə istifadə olunan ördək təsvirləri xüsusilə suyu simvolizə edən rəmzi mənaya malikdir. IX əsrdən etibarən, bulud təsviri və uyğur – çin incəsənətinin, xüsusilə miniatür və saxsı məmulatlarının digər dekorativ elementləri Azərbaycan xalq incəsənətinə daxil olur. Azərbaycan incəsənətinin bu elementləri belə asanlıqla qəbul etməsinin səbəbi yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. Yaxın Şərq ölkələrində və Azərbaycanda suyu balıq, ördək, düz və dalğalı xətlər və ya onların hissələri şəklində təsvir etmişlər[1].

Texniki xüsusiyyətlər

"Malıbəyli xalçaları"nın yerliyi qırmızı rəngdə olduğundan onun toxunması üçün istifadə edilən yunun 40 %-i qırmızı rəngdə boyanırdı.

"Malıbəyli xalçaları" kiçik və orta ölçülərdə toxunsa da, hərdən böyük xalçalar da toxunurdu.

"Malıbəyli xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 37X37 ilmədən (düyündən) 42X42 ilməyə (düyün) qədər yerləşir. Bir kvadrat metrdə isə 140 min ilmədən (düyündən) 180 min ilməyə (düyünədək) təsadüf edilir.

"Malıbəyli xalçaları""nda xovun hündürlüyü 7–9 mm-dir


Tarix: 24.03.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Toxuculuq
loading...