Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Mercedes-Benz C-Class”ın əsas özəllikləri

“Mercedes Benz” şirkəti 2015-ci ildə satış bazarına çıxaracağı ən yeni məhsulunun bəzi keyfiyyətlərini açıqlayıb. Açıqlamada bildirilir ki, gələn il bazara çıxarılacaq Mercedes-Benz C-Class avtomobili 3 litrlik mühərrik ilə 329 at gücünə malikdir. Mütəxəssislərin sözlərinə görə isə şirkətin bu yeni sport avtomobili öz rahat şəraiti ilə digər modellərdən fərqlənəcək. Qeyd edək ki, alman keyfiyyəti ilə fərqlənən “Mercedes Benz” dünyada C kateqoriyasına görə ən çox satılan avtomobillərdən hesab edilir. Bütün bu sadalananlardan başqa şirkət təqdim edəcəyi yeni modelin xarici görünüşündə-ön faralarında, kənar dizaynında da bir çox dəyişikliklər edib. Bunu təqdim edilən şəkillərdə də açıq-aydın görə bilərsiniz.


Tarix: 07.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Texnobaz
loading...