Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hidrogen və hava ilə çalışan avtomobil

Yapon avtomobil nəhəngi “Toyota” Las Vegasda təşkil edilən avtomobil sərgisində yeni nəsil hibrit avtomobilini təqdim edib. Bu yeni avtomobilin əsas özəlliyi onun hidrogen və hava qarışığı ilə çalışmasıdır. Şirkət rəsmiləri yeni avtomobil haqqında məlumat verərəkən bildiriblər: “Avtomobillərdə hidrogen qazından əsas enerji vasitəsi kimi istifadə etmək məsələsi uzun illərdir ki, müzakirə edilirdi, lakin bu asanlıqla reallaşdırıla bilən bir istək deyildi. Biz də bu mövzu üzərində çox baş sındırmalı olduq”.

Belə bir avtomobilin istehsal edilməsi eyni zamanda hidrogen enerjisinin satışı ilə məşğul olan enerjidoldurma mərkəzlərinin yaradılması fikrini ortaya çıxarıb. Bu ideanı reallaşdırmaq üçün hazırda “Tayota” Kaliforniya Universiteti ilə əməkdaşlıq edir. Yaxın gələcəkdə 6 dəqiqədən bir avtomobilləri hidrogen enerjisi ilə təmin edəcək yanacaqdoldurma məntəqəsi ideyası üzərində düşünülür. Kaliforniya ştatı 2015-2016-cı illərdə hidrogen-hava enerjisi ilə çalışan 20 yanacaqdoldurma stansiyasının fəaliyyətə başlaması üçün 200 milyon dollar büdcə ayırıb. Tayota bu layihəsinin reallaşacağı halda yeni avtomobillərini əvvəlki qiymətlərlə müqayisə olunmayacaq dərəcədə ucuz qiymətə satmağı planlaşdırır


Tarix: 07.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Texnobaz
loading...