Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şuşa (rayon)

Şuşa — Azərbaycanda rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 26,7 min nəfərdir (01.01.2006). Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may 1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.Mündəricat
1 Coğrafi mövqeyi
2 Əhalisi[1]
2.1 Milli tərkibi
3 Şuşada doğulanlar
4 Rayon komitə sədrləri və icra başçıları
5 Tarixi abidələri
5.1 Dini-tarixi abidələri
5.2 Tarixi memarlıq abidələri
5.3 Ziyarətgahlar
6 İstinadlar
7 Mənbələr
8 Xarici keçidlər


Coğrafi mövqeyi

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temp-r yanvarda -4°C-dən -1°C-yədək, iyulda 16-19°C-dir. İllik yağıntı 700-800mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aidirlər.

Əhalisi[1]

1 yanvar 2009-cu ilin məlumatları əsasındaərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Şuşa rayonu28339100,013522100,014817100,0
Şəhər əhalisi2106374,331009974,691096474.00
Kənd əhalisi727625,67342325,31385326,00


Milli tərkibi
Şuşa rayonu əhalisinin milli tərkibiEtnik qrupSayı, 2009 sa.[2]Nisbəti, 2009 sa.[2]
cəmi28 560100 %
azərbaycanlı27 36495.8 %
erməni1 1404.0 %
türk410.1 %
rus40.0 %
ləzgi40.0 %
kürd30.0 %
tatar20.0 %
digər20.0 %


Şuşada doğulanlar

Bax: Şuşada doğulanlar

Rayon komitə sədrləri və icra başçıları
Mikayıl Gözəlov
Nizami Bəhmənov

Tarixi abidələri

Dini-tarixi abidələri
Hacı Yusifli məscidi (XVIII)
“Çöl Qala” məscidi (XVIII əsr)
Xoca Mərcanlı məscidi (XVIII əsr)
Quyuqluq məscidi (XVIII əsr)
Səyidli məscidi (XVIII əsr)
Məscid (XVIII əsr)
Mərdinli məscidi (XIX əsr)
Aşağı Gövhər Ağa məscidi (1874-1875)
Culfalar məscidi (XIX əsr)
Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
Mamay məscidi (XIX əsr)
Köçərli məscidi (XIX əsr)
Malıbəyli məscidi
Alban kilsəsi
Qaybalı məscidi
Şirlan məscidi

Tarixi memarlıq abidələri
Qala divarı (uzunluğu 8 kilometr)
Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
Qədim üslubda salınmış 17 məhəllə
Molla Pənah Vaqifin poeziya evi
Xan qızı Xurşudbanu Natəvanın sarayı
Mir Möhsün Nəvvabın mülkü
Üzeyir Hacıbəyovun ev-muzeyi
Bülbülün ev-muzeyi
Xalça muzeyi
Tarix-diyarşünaslıq muzeyi
Qarabağ dövlət tarixi muzeyi
Molla Pənah Vaqifin məqbərəsi
Turşsu qalereyası
4 karvansara
Şahlıq körpüsü
Rəsm qalereyası
Gəncə qapısı
Şor bulaq
Nəcəfqulu ağanın mülkü
Azərbaycanda ilk realnı məktəbin binası
Xan qızı Natəvanın bulaq kompleksi
Ağa-Əbdürrəhim ağanın evi
Zarıslıda Korun karvansarası
Təzə məhəllədə körpü
İbrahim xanın mülkü
Sadıqcanın qəsri
Uluq bəyin evi
Ağaböyük xanımın bürcü
Malıbəylidə “Qızlar məktəbi”
Xan qızı Natəvanın tikdirdiyi “Qaradam”
Ağabəyim ağanın qəsri
Qasım bəy Zakirin yaşadığı ev
Qasım bəy Zakirin qəbirüstü abidəsi
Küllü miqdarda gümüş və mis qablar
Bəhmən Mirzə Qacarın saray kompleksi
Bəhmən Mirzə Qacarın hərəmxanası
Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
Qacarların məqbərə kompleksi
Leyli qayası
Məmməd Həsən ağanın imarəti
Qarabağ xanlığının divan kompleksi
Hacı Şükürün imarəti
Qədimovların mülkü
İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
Qarabağ qazisinin mülkü
Daş kitabələr
Ovdan bulağı
Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana binası
Bayat qalası (1748-ci il)
Şahbulaq qalası
“Pənahabad” Şuşa qalası (1750-1757-ci illər)
İkimərtəbəli karvansara (1888-1889-cu illər)
“Dəlik-daş” pilləkən kompleksi
Səməd bəy Mehmandarovun Şuşadakı mülkü

Ziyarətgahlar
Həzrət Əli kahası (Nəzir kahası)
Həzrət Abbas şəfa ocağı
Saqqaxana və Pirgah pirləri
Seyid Mirfəsih türbəsi
Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı
Çuxur məhəllədə iki minarəli şəfa ocağı
Qasım ağanın ocağı
Seyyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı
Heydər türbəsi


Tarix: 17.03.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 774 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...