Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğuz

Oğuz – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Oğuz şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Bura yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.

Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur.

Coğrafi mövqeyi

Relyefi

Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəddir.

Təbiəti

Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr – qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.

Rayonun ən böyük çayı Əlicançaydır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır.

İqlimi

İri yaşayış məntəqələri

Rayonda 1 şəhər, 35 kənd vardır.

Əhalisi

27 yanvar – 4 fevral 1999-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Oğuz rayonunun 36 488 nəfər (81,49%-i azərbaycanlılar, 14,16%-i ləzgilər, 2,8%-i mesxeti türkləri, 0,55%-i ruslar, 0,49%-i yəhudilər və 0,51%-i digər millətlər olmaqla) əhalisi var. [1]

İqtisadi xarakteristikası

Əsas təsərrüfat sahəsi tütünçülükdür. İqtisadiyyatında taxılçılıq, meyvəçilik, heyvandarlıq, baramaçılıq da mühüm yer tutur. Rayonda istehsalat kombinatı, Şəki yağ-pendir zavodunun şöbəsi, şirə sexi və başqa müəssisələr vardır. Meşə təsərrüfatı yaradılmışdır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Oğuz rayonunda 6 məktəbəqədər uşaq müəssisəsi, 30 ümumtəhsil məktəbi, 30 kitabxana, 21 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Rayondakı memarlıq abidələrindən Muxas kəndində bürc (XIV əsr), Filfili kəndində qala (XVIII əsr) bu günə kimi qalmışdır.

Oğuzun Ərmənət kəndindəki qala da çox qədim tarixə malikdir. Bu qalanı Gavurlar qalası adlandırırlar. Deyilənə görə qədim dövrlərdə kənd əhalisi düşmənlərdən qorunmaq uçun bu qaladan bir istehkam kimi istifadə edib. Qala kəndi əhatə edən dağın zirvəsində yerləşir.

Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Muxas kəndindəki üçmərtəbəli qüllə (XIV əsr), Xaçmaz kəndində Qaladağ dağının zirvəsində yerləşən müdafiə təyinatlı Qabur qülləsi (VII-XIV əsrlər), yenə də Qaladağ zirvəsinin yaxınlığında yerləşən, içməli su ilə təchiz olunan Gavurqala qülləsi (VII əsr), Filfilli çayının yaxınlığında, Qalaçay çayının sahilində yerləşən, çay daşından tikilmiş Surxayxan qülləsi (XVIII əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il) yəhudi qəsəbəsi, hazırda yerli diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi, Azərbaycan ərazisində fəaliyyətdə olan ən qədim məktəblərdən biri – XIX əsrdə tikilmiş məktəb (Padar və Xaçmaz kəndlərində də bu cür məktəblər var) və s. rayonun qədim tarixi abidələrindəndir.


Tarix: 16.03.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...