Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmkir

Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.Mündəricat
1 Ümumi məlumat
2 Şəhər və iri qəsəbələrin adları
3 Sərhəd rayonlar
4 Əhali
5 Ərazi
6 Tarix
7 Memarlıq abidələri
8 Təhsil
9 Səhiyyə
10 Mədəniyyət
11 Bələdiyyələr
12 İqtisadiyyat
13 Dövlət və şəxsi müəssisələr
14 Mətbuat
15 İstirahət və turizm zonaları, idman kompleksləri
16 Avtomobil və dəmir yolları
17 Şəhidləri
18 Görkəmli şəxsləri
19 Şəkillər
20 Xarici keçidlər
21 Mənbə


Ümumi məlumatKəndlərin sayı61
Qəsəbələrin sayı4
İri və orta müəssisələrin sayı59
Məktəbəqədər uşaq müəssisələrinin sayı53
Ümumtəhsil məktəblərinin sayı81
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı1
Xəstəxanalar və tibb müəssisələrinin sayı22
Mədəniyyət ocaqlarının sayı156


Şəhər və iri qəsəbələrin adları

Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.Şəmkir şəhəri
Çinarlı qəsəbəsi
Dəllər qəsəbəsi
Zəyəm qəsəbəsi
Kür qəsəbəsi


Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

ƏhaliƏhalinin ümumi sayı188400
Şəhər əhalisinin sayı33.49 %
Kənd əhalisinin sayı66.51 %
Əhalinin orta sıxlığı113.49 nəfər/km2
Əhalinin cins qrupları üzrə sayı (kişilər)49.58 %
Əhalinin cins qrupları üzrə sayı (qadınlar)50.42 %
Əhalinin yaş qrupları üzrə sayı (uşaqlar)11.26 %
Əhalinin yaş qrupları üzrə sayı (18 yaşa qədər)33.18 %
Əhalinin yaş qrupları üzrə sayı (18-dən 55-60-a)57.86 %
Əhalinin yaş qrupları üzrə sayı (təqaüdçülər)13.59 %
Ali təhsilli əhalinin sayı5.79 %
Orta təhsilli əhalinin sayı56.10 %
Məskunlaşmış qaçqınların sayı12240
Məskunlaşmış məcburi köçkünlərin sayı1897


ƏraziÜmumi ərazi1660.00 km2
Məhsuldar torpaqların ümumi sahəsi1245.00 km2
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi415.00 km2
Heyvandarlıq üçün otlaqların sahəsi827.00 km2
Əkilmiş torpaqların ümumi sahəsi388.00 km2
Meyvə bağlarının ümumi sahəsi27.70 km2


Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.

Memarlıq abidələri

Şəmkir qalası xarabalıqları

Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.

Təhsil

Şəmkir rayonunda 2007-2008-ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254 hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur. 2003-2007-ci illərdə ümumtəhsil məktəbi yenidən tikilmiş və əsaslı təmir edilmişdir. Heydər Əliyev fondunun vəsaiti hesabına 680 şagird yeri olan 4 məktəb, Dövlət büdcəsi hesabına 2 məktəb, Respublika Vergilər Nazirliyinin hami köməyi ilə 16 məktəb tikilmiş və əsaslı təmir edilmişdir. Dövlət proqramına uyğun olaraq rayonun Dəllər Cırdaxan kəndində 480 şagird yeri olan orta məktəb binası istifadəyə verilmişdir. Aşağı Seyfəli kəndində yerli iş adaminın hesabına 240 yerlik orta məktəb tikintisi davam etdirilir. 2007-ci il ərzində 8 orta məktəbdə əsaslı təmir işləri başa çatdırılmışdır.



Səhiyyə

Şəmkir rayonunda 2007-ci il ərzində rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 350 həkim və 1109 orta tibb işçisi çalışır. 22 xəsətəxana, 48 ambulator poliklinika müəssisələri fəaliyyət göstərmiş rayon əhalisinin hər 10000 nəfərinə 18,9 həkim, 60 orta tibb işçisi 89 xəstəxana çarpayısı düşür. Əhalinin xəstələnmə halları arasında ötən il tənəffüs orqanlarının, ürək qan dövranı sisteminin, həzm orqanları, şiş və endokirin xəstəlikləri üstünlük təşkil etmişdir.



Mədəniyyət

Şəmkir rayonunda 2007-ci ildə Şəmkir rayonunda kütləvi kitabxanaların sayı 96 ədəd, onlarda olan kitab fondu 513,4 min nüsxə, orta hesabla hər 1000 sakinə 2738 nüsxə, klub müəssisələrinin sayı 68 ədəd, muzeylərin sayı 3 ədəd onlara gələnlərin sayı 8,4 min nəfər, əhalinin hər 1000 nəfərinə 44,8 nəfər olmuşdur.

Bələdiyyələr

Şəmkir rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 52 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir. Şəhər, kənd və qəsəbələrin abadlaşdırılması, yol çəkilişi və digər sosial infrastrukturların inkişaf etdirilməsində bələdiyyələrin rolu getdikcə genişlənir. Bələdiyyələr rayonun ictimai-siyasi həyatında da fəal iştirak edir.

İqtisadiyyat

Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e'malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85.246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Əsas kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, üzüm, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14.471 ton taxıl, 37.110 ton kartof, 35.336 ton tərəvəz və 3.471 ton meyvə istehsal olunmuşdur.

Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir. Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132.834 baş quşun 49.105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir.

Dövlət və şəxsi müəssisələr

Şəmkir rayonun iqtisadi inkişafında, iri dövlət və şəxsi müəssisələrin xüsusi rolu vardır. Cari ilin 1-ci yarısında sənaye məhsullarının həcmi 25266 min manat olmuşdur ki, bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 106%-i təşkil edir. Hal-hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir. 87 fərdi sahibkar hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olur. Rayon sənayesinin ümumi məhsul buraxılışında qeyri dövlət bölməsinin xüsusi çəkisi 12,5 faizi təşkil edir. Rayonda fəaliyyət göstərən Şəmkir SES silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyət, işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 90 nəfər, Şəmkir " Sukanal" istismar idarəsi, işçilərin sayı 48 nəfər, Şəmkir 23 saylı Yol İstismar idarəsi, işçilərin sayı 70 nəfər, Çınqıl Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 64 nəfər, "Zəyəmkəndmaş" Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 53 nəfər, "Arzu-99" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 18 nəfər, "Şərq Ulduzu" firması, işçilərin sayı 56 nəfər, "Seymur" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 23 nəfər və s. müəssisələr rayonun iqtisadiyyatında xüsusi potensiala malikdirlər.

Şəmkir Regional Enerji Təchizat MMC 2006-ci ilin İyul ayından fəaliyyətə başlamışdır. Cəmiyyət 5 rayon- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy Paylayıcı Elektrik Şəbəkələrinin mərkəzi idarəetmə orqanıdır. Cəmiyyət yarandıqdan sonra regionda enerji təchizatı xeyli dərəcədə yaxşılaşmışdır. Belə ki istehlakçı qruplar arasında elektrik enerjisindən istifadə qaydaları haqqında kütləvi şəkildə maarifləndirmə işi aparılmış, həmin qaydaları pozan şəxslər barəsində ciddi tədbirlər görülmüş, ümumilikdə, elektrik enerjisindən qənaətli və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər görülmüşdür.

2 saylı Şəmkir şərab zavodunun əsası 1860-1896-cı illərdə Alman Xristo Forer qardaşları tərəfindən təsis edilmişdir. Alman şərabçıları tərəfindən əsası qoyulmuş şərabçılıq ənənələrini hal-hazırda 2 saylı Şəmkir şərabçılıq davam etdirir. Əvvəllər olduğu kimi şərab yaşı 1 əsrdən çox olan palıd çəlləklərdə saxlanılır.

Mətbuat

Şəmkir rayonunda "Şəmkir" və "Qərb xəbərləri" qəzetləri nəşr olunur. "Şəmkir" qəzetinin təsisçisi Şəmkir Rayon İcra Hakimiyyəti və qəzetin jurnalist kollektividir. Qəzet 1931-ci ildən işıq üzü görür. "Qərb xəbərləri" ictimai siyasi həftəlik qəzet 19 mart 2004-cü ildən nəşr olunur. Hər iki qəzet rayonda görülən işlər, keçirilən ictimai-siyasi tədbirlər haqqında öz səhifələrində müntəzəm olaraq məlumatlar verir.

İstirahət və turizm zonaları, idman kompleksləri

Şəmkir rayonunda 1 ədəd idman güləş məktəbi fəaliyyət göstərir. Bakı-Tbilisi şosesinin kənarında Şəmkir Olimpiya İdman Kompleksi yerləşir. Şəmkir şəhərində müasir standartlara cavab verən və 7 mindən çox tamaşaçı tutan futbol stadionu fəaliyyət göstərir. Rayonun dağlıq hissəsində "Yasamal" istirahət zonasında koteclər tikilmişdir. Kür qəsəbəsində, Kür çayının sağ sahilində Naftalan nefti ilə müalicə olunan kompleks sanatoriya müəssisəsi tikilmişdir. İkimərtəbəli memarlıq üslubunda tikilmiş bu binada insanların müalicəsi və hər cür sağlamlıq tədbirlərinin görülməsi üçün şərait yaradılmışdır.

Avtomobil və dəmir yolları

Bakı-Tbilisi dəmir yolunun 42 km Şəmkir rayonun ərazisindən keçir. Şəmkir, Dəllər və Zəyəm dəmir yolu stansiyaları vardır. Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 42 km 2-ci dərəcə, Şəmkir Gədəbəy yolunun Şəmkir rayonu ərazisindən keçən 21 km-i 3-cü dərəcə yoldan ibarətdir.

Şəhidləri
İsgəndər Aznaurov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. Əslən axısxa türküdür. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur.1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axısxalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışıb.
Zaur Hacı oğlu Abbasov 1974-ci ildə Şəmkirin Dəllər qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən az sonra Miili Ordu sıralarında hərbi xidmətə başlamışdır. 1993-cü ilin əvvəllərində Qubadlının Ermənistanla sərhəd bölgələrində torpaqlarımızın müdafiəsində dayanmışdır. Qubadlının Xəndan kəndi uğrundakı amansız döyüşdə yaralansa da səngəri tərk etməmiş,son nəfəsinədək döyüşmüşdür. Dəllər qəsəbəsindəki orta məktəbə şəhid Zaur Abbasovun adı verilmişdir.
Natiq Şamil oğlu Abbasov 1971-ci il aprelin 3-də Seyfəli kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra üzümçülük sovxozunda fəhlə işləmişdir. 1990-cı ildə Kostroma vilayətində qulluq etmişdir. Erməni işğalçılarının sorağını alan kimi vətənə qayıtmış, könüllü olaraq cəbhəyə yollanmışdır. Laçın,Kəlbəcər,Cəbrayıl rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonra Gədəbəy cəbhəsinə göndərilmiş, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmişdir. 1993-cü il aprelin 28-də düşmən arxasına kəşfiyyata gedərkən qəhrəmancasına həlak olmuşdur.
Elbəyi Zeynal oğlu Qasımov 1954-cü ildə Şəmkirin Muxtariyyə kəndində anadan olmuşdu.Ali təhsilli mütəxəssis,ehtiyatda olan zabit idi. Cəbhəyə gedənədək elektrik mühəndisi işləyirdi. Gözəl ailə başçısı,qayğıkeş ata idi. 1993-cü ildə Beyləqan rayonunun döyüş zonasına getmişdir. Orada bir neçə təhlükəli əməliyyatın uğurla həyata keçirilməsində fərqlənmişdir. 1994-cü ildə Beyləqan şirə zavoduna düşən “Qrad” paketinin qəlpə yarasından həlak olmuşdur.
Fidayıl Mikayıl oğlu Qasımov 1964-cü il yanvarın 3-də Gədəbəyin Musayal kəndində anadan olmuşdur. 1985-ci ildə Şəmkir rayonuna gəlmiş, burada Kür qəsəbəsindəki mənzil istismar sahəsində usta işləmişdir. 1993-cü il dekabrın 7-də könüllü surətdə hərbi xidmətə yollanmışdır. Bir neçə döyüşdə iştirak etmiş,cəsarəti ilə fərqlənmişdir.1994-cü il yanvarın 19-da Beyləqan rayonundakı şirə zavodunun ərazisində yerləşən hərbi hissədə baş vermiş partlayış nəticəsində həlak olmuşdur.
Elxan Bəbir oğlu Qurbanov 1962-ci ildə rayonun Dəllər-Cəyir kəndində anadan olmuşdur. 1980-1982-ci illərdə ordu sıralarında qulluq etmişdir. Azərbaycan Politexnik İnsititutunu bitirdikdən sonra Bakı Neftayırma Zavodunda növbə rəisi işləmişdir. Müharibənin törətdiyi faciələrə biganə qala bilməmiş,qeyrətli vətən oğulları sırasında cəbhəyə yollanmışdır. Tərtər bölgəsində döyüşlərdə yaxından iştirak edərək qəhrəmanlıq nümunəsi göstərmişdir.1993-cü il mayın 3-də Tərtər uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Evli idi,iki qızı var.
Səyyar Bayram oğlu Dəmirov Şəmkirin Könüllü kəndinin sakini Səyyar 1992-ci ilin avqustunda,21 yaşında cəbhəyə yola düşmüşdür. Orta təhsilini başa vurduqdan sonra bir müddət toxucuların mədəniyyət evində işləmişdir. Vətənin sıravi əsgərlərindən biri olan Səyyar Gədəbəyin Şınıx zonasında döyüşmüşdür. “Şınıx bütün Goranboy və Gəncəbasar ərazisinin açarıdır” – deyən Səyyar hər bir döyüşdə igidliyi ilə seçilirdi. 1993-cü il aprelin 25-də İvanovka kəndi yaxınlığında gedən döyüşdə güllə yuxarasından əbədiyyətə qovuşmuşdur.
Elman Rəsul oğlu Ələkbərov 1975-ci ildə Seyfəli kəndində adi kəndli ailəsində anadan olmuşdur. 1991-ci ildə Mollaəhmədli kənd orta məktəbini bitirmişdir. Sonra texniki peşə məktəbində oxumuş və burada sürücülük peşəsinə də yiyələnmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır.Təxminən bir il davam edən döyüş yolu Füzuli və Tərtər cəbhələrindən keçmiş, xidmət vəsiqəsinə yaddaqalan sətirlər yazılmışdır. 1994-cü il may ayının 26-da Tərtər döyüşlərində qəhrəmancasına həlak olmuşdur.
Əhəd Mayıl oğlu Ələsov Gədəbəyin Arıxdam kəndində anadan olmuşdur. 1985-ci ildən Şəmkirə köçmüş, burada komunal müəssisələri kombinatında fəhlə işləmişdir. 1993-cü ilin oktyabrında könüllü olaraq cəbhəyə yola düşmüşdür. Əsasən Kəlbəcər bölgəsində döyüşmüşdür. 1994-cü il fevralın 13-də döyüş meydanında həlak olmuşdur. Evli idi. İki azyaşlı uşağı var.
Əbülfət Avtandil oğlu Əliyev 1971-ci il oktyabrın 12-də Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İ.Məmmədov adına sovxozda fəhlə işləmişdir. Vətənin ağır günündə könüllü şəkildə ordu sıralarına daxil olaraq ön cəbhəyə - Kəlbəcər bölgəsinə yola düşmüşdür. Sərrast atıcı olan Əbülfət düşmənə qan uddurdu. Dəfələrlə qumbaraatanla düşmən mövqelərini dağıdaraq onları ağır təlafata uğradırdı. Cəsarəti və igidliyi sayəsində əsgər yoldaşları arasında böyük nüfuz qazanmışdır. 1994-cü il martın 18-də Murov dağında gedən qeyri-bərabər döyüşdə snayper gülləsindən şəhid olmuşdur.
Habil Həsən oğlu Əliyev 1969-cu ildə Şəmkirin Daşbulaq kəndində anadan olmuşdur. Zəhmətkeş,vətənpərvər insan olan Habil TMK-da dispetçer işləyirdi. Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1993-cü ilin əvvəlində ərizə yazaraq könüllü cəbhəyə yollanmışdır. Habil Tərtər – Ağdərə bölgəsinin Madakis kəndi yaxınlığında amansız döyüşlərin iştirakçısı olmuşdur. Belə döyüşlərin birində aldığı qəlpə yarasından şəhidliyə qovuşmuşdur. Ailəli idi, bir oğlu var. Yaşadığı binanın qabağında şəhidin adına bulaq tikilib Şəmkirdəki 2 nömrəli uşaq bağçasına da Habil Əliyevin adı verilib.
Tahir Ələddin oğlu Əliyev 1973-cü ilin oktyabrında Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Qaranüy kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən Fizuli bölgəsinin müdafiəsinə göndərilmişdir. Komandirlərinin döyüş tapşırıqlarını sözsüz yerinə yetirən Tahir 1992-ci il oktyabrın 30-da Füzuli cəbhəsində qəhrəmancasına həlak olmuşdur.
Afiq Eyvaz oğlu Əsədov 1970-ci ildə Qaracəmirli kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kurqan vilayətindəki hərbi məktəbdə oxumuşdur. 1991-ci ildən isə Milli Ordunun sıralarında xidmətə başlayıb. Afiq Gədəbəy bölgəsində ermənilərin quldur yuvasına çevrilmiş Başkəndin düşmənlərdən təmizlənməsində fəal iştirak edib və yaralanıb. Bir müddət müalicə olunduqdan sonra hərbi xidmətini Ağdərə bölgəsində davam etdirmişdir. 1993-cü il fevralın 14-də döyüşlərin birində həlak olmuşdur. Qaracəmirli kənd orta məktəbi indi igid döyüşçünün adını daşıyır.
Elşən Fərman oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,oradakı məktəbdə orta təhsil almışdır. Kamal attestatını alandan bir qədər sonra həqiqi hərbi xidmətə yola düşmüşdür. Sıravi əsgər Elşən Əsgərov iki aylıq hərbi təlimdən sonra Ağdərə bölgəsində döyüşmək arzusunda olduğunu bildirmişdir.Bir neçə döyüşdə igidliyi ilə fərqlənmişdir. Aterk kəndi uğrunda döyüşdə mina sahəsinə düşərək şəhid olmuşdur.
Yaşar Rəfi oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,orta təhsil almışdır. Az sonra həqiqi hərbi xidmətə yola düşmüş, qısamüddətli təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Üç ay ərzində Ağdərənin kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak etmiş,Aterk kəndi yaxınlığında güllə yarasından şəhidliyə qovuşmuşdur. Təhsil aldığı Koltəhnəli kənd orta məktəbinə Yaşar Əsgərovun adı verilmişdir.
Ədalət Nürəddin oğlu Zeynalov 19 yaşında həqiqi hərbi xidmətə çağırılan Ədalət Ağdam rayonunun erməni işğalçılarından müdafiə edilməsində iştirak etmişdir. 11 illik orta təhsili başa vurduqdan sonra ali məktəbə daxil olmağa hazırlaşmışdır. Lakin Qarabağda torpaqlarımızın işğaldan təmizlənməsini daha vacib borc bilib cəbhə xəttinə yollandı.
Xaqani Məhərrəm oğlu İbrahimli İki övlad atası olan Xaqani gənclik çağlarından cəsarət və mərdliyi ilə fərqlənirdi. Sovet ordusu sıralarında hərbi xidmətini Əfqanıstanda- müharibə alovunda keçirmişdi. Şəmkirdə Əfqanıstan veteranları cəmiyyətinin sədri idi. 1992-ci ildə Vətənimizin ağır günlərində 30 yaşlı Xaqani yenidən silaha sarılaraq Şuşanın müdafiəsində dayanıb.Qısa müddətdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb Şuşanın işğalı zamanı son nəfəsinədək döyüşərək şəhid olmuşdur. Şəmkirlilər onun xatirəsini əziz tuturlar.Yaşadığı küçə və şəhər istirahət parkı onun adını daşıyır. Xatirəsinə bulaq tikilmişdir.
Eldəniz Həsən oğlu İsgəndərov Eldəniz əbədiyyətə qovuşanda 21 yaşı tamam olmamışdı. 1991-ci ilin dekabrında dağılmış sovet ordusundan Şəmkirin [[Muxtariyyə kəndinə gəlmişdir. Xocalı faciəsi barədə eşidən kimi hərbi komisarlığa müraciət edib cəbhə xəttinə göndərilməsini xahiş etmişdir. Könüllü olaraq boya-başa çatdığı Gədəbəy bölgəsinə gəlib Qızılqaya istiqamətində döyüşmüşdür. Başkəndin erməni quldurlarından təmizlənməsində igidlik göstərmişdir. Kəşfiyyat əməliyyatı zamanı mina sahəsinə düşərək ağır yaralanmış,bir neçə gündən sonra həlak olmuşdur.
Aqil Ənvər oğlu İsmayılov 1968-ci ildə rayonun Dəllər – Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapan Azərbaycan Milli ordusu sıralarına yazılaraq Vətənin müdafiəsinə yollanmışdır.1994-cü il iyulun 4-də Gədəbəy rayonun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı var.
Eldəniz Lətif oğlu İsmayılov 1960-cı il dekabrın 27-də Təzəkənd kəndində anadan olmuşdur. Orta məktəbi qurtadıqdan sonra ali təhsil almışdır. Müharibəyə gedənə qədər S.Vurğun adına kənd orta məktəbində müəllim işləmişdir. 1992-ci ilin payızında rayon hərbi komisarlığı tərəfindən səfərbərliyə alınmış və cəbhəyə göndərilmişdir. 1993-cü il fevralın 7-də leytenant E. İsmayılov Ağdərə rayonun Çıldıran yüksəkliyi ətrafında gedən döyüşdə itgin düşmüşdür.
Rövşən Qəzənfər oğlu İsmayılov 1974-cü ildə anadan olmuşdur. Plankənd kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra V.Xuluflu adına sovxozda fəhlə işləyirdi. Milli Orduya həqiqi hərbi xidmətə çağrılanda Keçili kəndində yaşayırdı. Cəbhədə intizam və şücaətilə fərqləndiyinə görə ona vzvod komandiri vəzifəsi etibar edilmişdi. Füzuli rayonu,Horadiz və Şişqaya mövqelərində döyüşmüşdür. İlk dəfə Füzuli rayonu ərazisində yaralanıb. Dörd ay müalicədən sonra yenidən Şişqaya bölgəsinə qayıdıb. İkinci dəfə qarın nahiyəsindən yaralanaraq şəhidliyə qovuşmuşdur.
Etiraf Hidayət oğlu Yusifov 1967-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsititutuna daxil olmuşdur. Sevib seçdiyi peşəyə yiyələndikdən sonra adamların sağlamlığı keşiyində dayanmaq istəyirdi. Lakin erməni işğalçılarının törətdikləri vəhşiliklər onu cəbhəyə getməyə, tökülən qanların intiqamını almağa sövq etdi. 1992-ci ildə ərizə yazaraq könüllü surətdə cəbhəyə yollandı. Tərtər bölgəsində onu tibb məntəqəsinin rəisi təyin etdilər. Yaralı döyüşçüləri döyüş meydanından çıxararkən qəhrəmancasına həlak oldu.
Pənah Dilən oğlu Mehpalıyev 1961-ci il fevralın 20-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra müharibəyə qədər H.Aslanov adına sovxozda briqadir işləmişdir. Erməni qəsbkarlarının təcavüzü onun da dincliyinə son qoymuş, düşmənlərlə vuruşmağa sövq etmişdir. 1992-ci ilin qışında cəbhəyə yollanmış,Ağdərə rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı amansızlıqla vuruşmuşdur. 1993-cü il iyunun 16-da Ağdərənin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuşdur.
Arif Teymur oğlu Məmmədov 1970-ci il iyul ayının 5-də Təzəkənd kəndində anadan olmuşdur. Orta məktəbi qurtaqdıqdan sonra təhsilini davam etdirmək milis sistemində çalışmağa başlamışdır. Müharibəyə qədər rayon daxili işlər şöbəsində milis serjantı işləmişdir. Erməni qəspkarları torpaqlarımızı işğal edəndə silaha sarılıb könüllü olaraq cəbhəyə yollanmışdır. Goranboy rayonun Şəfəq, Buzluq, Toğan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1991-ci il oktyabr ayının 7-də Şəfəq kəndinin müdafiəsi zanamı həlak olmuşdur.
Vüqar Bayram oğlu Məmmədov 1971-ci il iyunun 7-də rayonun Yeni həyat kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra iki illik hərbi xidmət keçmişdir. Tərxis olduqdan sonra yenidən cəbhəyə yollanmışdır. 1992-ci ilin yayından Ağdərə bölgəsinin Sırxavənd,Çıldıran cəbhələrində döyüşmüşdür. 1992-ci ilin dekabrında Çıldıran uğrunda gedən döyüşlərdə üç erməni postunu dağıdaraq təkbaşına 20-yə qədər düşmən əsgərini öldürmüş, özüdə bu döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Mirzə Qara oğlu Məmmədov 1973-cü ilin avqustunda Dəllər-Cəyir kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra təhsilini texniki peşə məktəbində davam etdirmişdir. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Füzuli rayon uğrunda gedən döyüşlərin bir çoxunda yaxından iştirak edib, düşmənlərə qarşı amansızlıqla mübarizə aparmışdır. Cəmi beş ay vuruşduqdan sonra novbəti əməliyyatların birində 1992-ci il oktyabrın 28-də mina partlayışı zamanı şəhid olmuşdur.
Nəsimi Teymur oğlu Məmmədov 1974-cü ildə Şəmkirin Könüllü kəndində anadan olmuş, 1992-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılmış və öz xahişi ilə Laçın bölgəsinə göndərilmişdir. “Təki vətən yaşasın” deyə özünü oda-alova atan Nəsimi hər bir döyüşdən üzüağ çıxır, komandirlərin etibarını doğruldurdu. 1992-ci il dekabrın 2-də gedən amansız döyüşdə isə qəfil güllə onun cavanlığına qıydı,arzularının həyata keçməsinə,çiçəklənməsinə aman vermədi.
Sərdar Həsən oğlu Məmmədov 1973-cü il dekabr ayında Zəyəm- Cırdaxan kəndində doğulmuşdur. Orta məktəbi qurtardıqdan sonra 1992-ci ildən hərbi xidmətə başlamışdır. Əvvəlcə Sumqayıt şəhərində, sonra isə Qusar rayonunda təlim keçərək döyüşə yollanmışdır. Düşmən Laçın rayonuna hücum edərkən qulluq etdiyi hərbi hissənin tərkibində oraya göndərilmişdir. 1992-ci ildə Güləbird kəndində qəhrəmancasına həlak olmuşdur.
Rizvan İdris oğlu Məmmədov 1966-cı il yanvarın 10-da Dəllər- Cırdaxan kəndində anadan olmuşdur. 1984-cü ildə hərbi xidmətə çağırılmış, Xarkov şəhərində hərbi məktəbə təyinat almışdır. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə işləmişdir. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıtmış, Dəllər batalyonunda döyüşmüşdür. Hərbi bilik bə bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülmüşdür. 1992-ci il avqustun 15-də Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Fərrux Mayıl oğlu Məmmədov 1970-ci il mayın 20-də Dəllər- Cırdaxan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirdikdən sonra C.Cabbarlı adına sovxozda fəhlə işləmişdir. 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, iki il sonra tərxis olunmuşdur. Bir müddət Dəllər avtonəqliyyat birliyində çilingər işləmişdir. Vətənin ağır günlərində oğulluq borcunu ödəmək üçün cəbhəyə yollanmışdır. Gədəbəyin Şınıx cəbhəsində vuruşmuş, cəmi iki ay döyüşdükdən sonra – 1992-ci il avqustun 30-da qəhrəmancasına həlak olmuşdur.
Həsən Ələkbər oğlu Məmmədov 1971-ci il iyunun 20-də Çinarlı qəsəbəsində doğulmuşdur. Orta məktəbi başa vurduqdan sonra iki illik həqiqi hərbi xidmətdə olmuşdur. Torpaqlarımızda gedən elan olunmamış müharibədə ermənilərin törətdikləri vəhşiliklər onu rahat buraxmamış, könüllü olaraq cəbhəyə getmişdir. 1992-ci ilin payızından Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə işdirak edərək öz hünər və döyüş bacarığını nümayiş etdirmişdir. 1993-cü il aprelin 8-də qəhrəmancasına həlak olmuşdur.
Qalib Rəhim oğlu Mirzəməmmədov 1969-cu ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Sovet ordusu sıralarında hərbi xidmət keçdikdən sonra doğma torpağa qayıtmış, təsərrüfat işlərində çalışmışdır. 1993-cü ilin sentyabrında Vətənin müdafiəsində dayanmaq üçün könüllü cəbhəyə yollanmışdır. Füzuli bölgəsində gedən döyüşlərin birində ağır yaralanmış, xəstəxanada vəfat etmişdir. Şəhidin yaşadığı evin qarşısında adına bulaq tikilmişdir.
Oleq Stanislavobiç Miroşniçenko 1969-xu il yanvarın 20-də Şəmkir şəhərində anadan olmuşdur. Oleq peşəkar hərbiçi, zabit idi, Leninqratda komandirlər məktəbini bitirmişdi. Vətənin ağır günlərində Şəmkirə qayıdıb könüllü olaraq cəbhə xəttinə yola düşmüşdür. Əsasən Kəlbəcər bölgəsində döyüşmüşdür. Onun rəhbərlik etdiyi kəşfiyyat əməliyyatları zamanı düşmənə dəfələrlə ağır zərbələr endirilmiş, canlı qüvvəsi və texnikası məhf edilmişdir. Vertolyotla əməliyyatı yerinə yetirərkən vurulmuşdur.
Aqil Ənvər oğlu Mürşüdov 1972-ci il martın 17-də rayonun Çinarlı qəsəbəsində anadan olmuşdur. Ordu sıralarında həqiqi hərbi xidmətdən sonra yenidən rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə alınmışdır. 1992-ci ilin avqustunda Gədəbəyin Şınıx zonasının erməni qəsbkarlarından qorunmasında yaxından iştirak etmiş, öz canı bahasına vətənin bu guşəsini düşməndən müdafiə etmişdir. 1993-cü ilin yanvarında Şınıx cəbhəsində aldığı yaradan şəhid olmuşdur. Atası rayon suvarma sistemləri idarəsində mühəndis işləyir, anası müəllimədir. Çinarlı qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.
Suliddin İsmayıl oğlu Məmmədov 1966-cı ildə Seyfəli kəndində adi kəndli ailəsində ahadan olmuşdur. 1983-cü ildə Mehirli kənd orta məktəbini bitirmişdir.Bir çox yaşıdları kimi qurub yaratmaq arzusu ilə yaşadığı bir dövürdə zorla müharibəyə cəlb edilmiş Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışdır.Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. 1992-ci ilin avqustunda Gədəbəy cəbhəsində qəhrəmancasına həlak olmuşdur.
Zakir Atakişi oğlu Namazov 1958-ci ildə Şəmkirin Könüllü kəndində anadan olan Zakir, cəbhə xəttinə də könüllü getmişdir. Bundan əvvəl sovet ordusu sıralarında xidmət etdiyindən hərbi texnika barədə kifayət qədər təsəvvürü var idi. 1991-ci ildə Ağdərə bölgəsində döyüşən Z.Namazova tezliklə bölmə komandiri vəzifəsi etibar edilir və o, hər bir döyüşdə şücaəti ilə hamıya nümunə göstərir. 1993-cü il dekabrın 24-də Çıldıran yüksəkliyində gedən qanlı döyüşdə qahrəmanlıqla həlak olur. Ailəli idi, oğlu və qızı var.
Mübariz İdris oğlu Namazov 1971 ci ildə rayon Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Qaranüy kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbinə daxil olmuşdur. 1989-cu ildə ordu sıralarına çağırılmış və Arxangelsk vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra vətənə qayıtmış, bu dəfə doğma torpaqlarımızın bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışdır. Döyüş yolu Füzuli bölgəsində başlamış, elə orada da sona yetmişdir. 1993-cü il yanvarın 5-də Füzuli uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Nəsir Məsmalı oğlu Nəsirov 1973-cü ilin dekabrında Ermənistanın Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşdur. Orta təhsilini Şəmkir rayonun Ələsgərli kəndindəki orta məktəbdə almışdır. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Erməni qəsbkarlarına qarşı ilk döyüşü Laçın rayonunda olmuşdur. Sonra Murovdağ istiqamətində döyüşmüşdür. Murovdağ uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Vaxtilə oxuduğu Ələsgərli kənd orta məktəbi hazırda onun adını daşıyır. Evli idi. Bir övladı var.
Fidayıl Qafar oğlu Ocaqverdiyev 1969-cu ildə Şəmkir şəhərində anadan olmuşdur. 1992-ci ilin noyabrında könüllü olaraq cəbhə xəttinə yollanmışdır. Fidayılın döyöş yolu Gədəbəyin Mutudərə kəndində başlamış, oradada sona yetmişdir. Əsgər yoldaşlarının dediyi kimi, ən çətin vəziyyətlərdə qətiyyətli hərəkətləri ilə düşməni çaş-baş salardı. Mutudərədə gedən döyüşlərin birində igidliklə həlak olmuşdur.
Arzuman Aslan oğlu Pirverdiyev 1971-ci ildə Dəllər qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləmiş, sonra könüllü olaraq cəbhə xəttinə yola düşmüşdür. 1992-ci ildə Papravənd və Fərrux kəndləri uğrunda dəfələrlə qanlı döyüşlərdə iştirak etmişdir. İgidliyi sayəsində düşmənin iyirmidən çox əsgərini məhf etmişdir. 1993-cü ildə Ağdam şəhərinin müdafiəsi zamanı mina sahəsinə düşərək əbədiyyətə qovuşmuşdur.
Rizvan Məhərrəm oğlu Pirnəzərov 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Gölkənd kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra təhsilini Donetsk Ali Hərbi Siyasi Məktəbində davam etdirmişdit. 1984-cü ildən Əfqanıstan müharibəsinin od-alovundan keçmiş, “Qırmızı ulduz” ordeninə, müxtəlif medallara layiq görülmüşdür. 1986-90-cı illərdə Pribaltika hərbi dairəsində xidmət etmiş, 20 yanvar faciəsindən sonra Gəncəyə gələrək oradan Şınıx bölgəsinə yollanmışdır. Başkəndin erməni quldurlarından təmizlənməsində sərkərdəlik məharətini göstərmiş, elə orada qəlpə yarasından şəhid olmuşdur. Ailəli idi. İki qızı var.
Eldar Həsən oğlu Rəhimov 1968-ci ildə Şəmkir şəhərində anadan olmuş, orada da orta təhsilini başa vurmuşdur. İncəsənət vurğunu olan Eldar uzun müddət Şəmkirdəki məişət xidməti idarəsinin fotoatelyesində işləmişdir. Sovet ordusu sıralarında hərbi xidmət keçən Eldar Vətənin ağır günlərində qaynar nöqtədə olmağı müqəddəs borc bilirdi. 1993-cü ilin oktyabrında erməni işğalçılarına qarşı döyüşmək üçün Kəlbəcər bölgəsinə yola düşmüşdür. Lev kəndi uğrunda döyüşlərin birndə həlak olmuşdur. Şəmkirdə Eldarın adına bulaq tikilmişdir.
Qiyas Allahverdi oğlu Rzayev 1960-cı ilin oktyabrında Ermənistanın Basarkeçər rayonun Aşağı Şorca kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsini bitirmişdir. 1988-ci ildə ermənilər tərəfindən öz dədə-baba torpaqlarından qovularaq Şəmkir rayonuna pənah gətirmiş, Aşağı Çaykənd orta məktəbində müəllim işləmişdir. 1994-cü ilin aprel ayında cəbhəyə yollanmışdır. 1994-cü il mayın 6-da Tərtər rayonun Nəcməddinbəyli kəndinin müdafiəsi zamanı şəhid olmuşdur. Evli idi. İki övladı var.
Bəhlul Bəhram oğlu Rüstəmov 1956-cı ilin avqustunda Dəllər-Cəyir kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirdikdən sonra Təzəkənd kənd orta məktəbində tarix müəllimi işləmişdir. Sonralar Dəllər-Cəyir sovxozunda partiya təşkilatı katibi, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır.1992-ci ilin yayında rayon hərbi komissarlığı tərəfindən zabit kimi vətənin müdafiəsinə çağırılmışdır. Ağdam cəbhəsindəki döyüşlərdə fərqlənmişdir. 1992-ci il oktyabrın 28-də Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanmış və bu yaradan şəhid olmuşdur. Evli idi. Bir oğlu var.
Cahangir İsgəndər oğlu Rüstəmov Çoxlarının “Dəmir polkovnik” adlandırdığı Cahangir Rüstəmov Gədəbəy cəbhə bölgəsinin baş komandanı olmuşdur. Erməni işğalçılarının torpaq iddiaları başlandığı gündən son nəfəsinədək qaynar nöqtələrdə olmuşdur. Başkənd əməliyyatını hazırlayan və həyata keçirənlərdən biridir. Ümumiyyətlə bütün Gədəbəy zonasında möhkəm müdafiə istehkamları yaratmağa nail olmuşdur. Onun rəhbərliyi ilə düşmən ağır təlafatlara uğradılmışdır. 1994-cü il martın 28-də maşında mina partladılması nəticəsində həlak olmuşdur. Cəbhədəki misilsiz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.
Suliddin Əmirxan oğlu Sadıqov 1968-ci il iyunun 31-də rayonun Çaparlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra İnşaat Mühəndisləri İnstutunua qəbul olmuşdur. Müharibə başladıqdan sonra tələbə ikən hərbi biliyini artırmaq üçün Türkiyə Respublikasına hərbi hazırlıq kursuna getmiş, qayıtdıqdan sonra Milli Orduda taqım komandiri kimi fəaliyyətə başlamışdır. Ağdərə rayonu uğrunda vuruşmaların iştirakçısı olmuşdur. 1993-cü ilin sentyabrında Ağdamın Cəvahirli kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Vaxtilə oxuduğu Çaparlı kənd orta məktəbi indi onun adını daşıyır.
İlqar İsmayıl oğlu Seyfi 1972-ci il mayın 18-də Yeni həyat kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra iki illik hərbi xidmətə çağırılmışdır. Müharibənin törətdiyi faciələrə biganə qala bilməmiş, torpaqlarımızı düşməndən azad etmək üçün könüllü olaraq cəbhəyə getmişdir. Döyüş yolu 1992-ci ilin yayında Gədəbəyin Şınıx cəbhəsində başlamış,elə oradaca sona yetmişdir. Cəmi altı ay vuruşsa da öz hünəri, qorxmazlığı ilə tanınmışdır. 1993-cü il yanvarın 1-də qəhrəmancasına həlak olmuşdur. Yeni həyat kəndində onun adını daşıyan küçə vardır.
Natiq Kamal oğlu Süleymanov 1961-ci il noyabrın 1-də rayonun Çinarlı qəsəbəsində anadan olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. Müharibə başlayanda cəbhəyə yollanmışdır. Cəbrayıl, Şuşa, Laçın, Qubadlı,Ağdərə rayonları uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdir. Baş leytenant rütbəsi ilə kəşfiyyət dəstəsinin komandiri olmuşdur. Beş erməni döyüşçüsünü əsir götürmüşdür. Cəbrayıl rayonundakı Şişdağ yüksəkliyi uğrunda vuruşarkən iki düşmən postunu dağıdaraq xeyli silah və sursat ələ keçirmişdir. 1992-ci il avqustun 15-də Şişdağ uğrunda döyüşdə şəhid olmuşdur. Evli idi,bir övladı var. Çinarlı qəsəbəsindəki 2 saylı məktəbə onun adı verilib.
Hikmət İnqilab oğlu Süleymanov 1957-ci il yanvarın 16-da rayonun Çinarlı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirərək mühəndis sənətini seçmişdir.. Müharibəyə qədər Mingəçevir Su Elektirik Stansiyasında mühəndis, sonralar Şəmkir rayon suvarma sistemləri idarəsində və Su Elektirik stansiyasında işləmişdir. 1993-cü ilin qışında orduya səfərbər olunaraq Tərtər, Ağdam, Füzuli cəbhələrində vuruşmuşdur. Rota komandiri kimi döyüşçülərə örnək olub, hərbi bilik və bacarığını onlara öyrətmişdi. 1993-cü ilin dekabrında Füzuli cəbhəsində qəhrəmancasına həlak olmuşdur. Evli idi, bir övladı var.
İsmayıl Məsim oğlu Tağıyev 1964-cü ildə Şəmkirin Şeyidlər kəndində anadan olmuş, 1982-84-cü illərdə ordu sıralarında xidmətdən sonra doğma rayona qayıdaraq avtobazada sürücü işləmişdir. 1993-cü ilin əvvəlindən torpaqlarımızın düşmən təcavüzündən müdafiəsinə dayanmış, Kəlbəcər cəbhə bölgəsində döyüşmüşdür. 1994-cü ilin mayında Gədəbəyin Şınıx zonasına göndərilmişdir. İsmayıl hər iki qaynar nöqtədə cəsurluğu ilə komandirlərinin rəğbətini qazanmışdır. Mayın 17-də Şınıxda gedən döyüşlərdə İsmayıl şəhid olmuşdur. Şeyidlər kənd orta məktəbi onun adını daşıyır. Ailəli idi, iki övladı var.
Əvəz Mehralı oğlu Tanrıverdiyev 1965-ci il iyunun 5-də Şəmkirin Zəyəm kəndində anadan olmuşdur. Torpağa bağlı oğullardan idi Əvəz. 1983-cü ildə kənd texniki peşə məktəbində traktorçu – maşınçı kursunu bitirib Zəyəm kənd Təsərrüfatı Maşınqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başladı. Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra yenidən doğma kəndlərinə qayıdıb kolxozda işlədi. Ermənilərin torpaqlarımıza təcavüzü başlanan gündən mübarizəyə atıldı. 1994-cü il aprelin 20-də Füzuli bölgəsində, Seyidəhmədli kəndi uğrunda döyüşlərdə iki dəfə düşmən mövqelərini darmadağın edib. Üçüncü dəfə hücum zamanı güllə yarasından həlak olmuşdur. Ailəli idi, iki övladı var.
Fazil Əjdər oğlu Xasməmmədov 1969-cu il dekabrın 20-də Ermənistanın İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 1989-cu ildə erməni şovinistlərinin törətdiyi soyqırımdan xilas olaraq Şəmkirin Kür qəsəbəsində məskunlaşmışdı.. Bir müddət Gəncə şəhərindəki trikotaj fabrikində fəhlə işləmişdir. 1992-ci il iyulun 15-də könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollanmışdır. Fazil Gədəbəyin Şınıx bölgəsində döyüşmüşdür. Başkəndin erməni quldurlarından təmizlənməsində igidlik göstərmişdir. Həmin döyüşlərin birində tankın içində qumbara mərmisindən həlak olmuşdur.
İlham Tofiq oğlu Xəlilov 1974-cü ildə Şəmkirin Muxtariyyə kəndində anadan olmuşdur. 18 yaşında həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə Laçın və Kəlbəcər bölgələrində döyüşmüşdür. Yüksək dağlıq ərazilərdə özünü alpinistlər kimi sərbəst hiss etdiyinə görə onu tez-tez kəşfiyyata göndərirdilər. Kəlbəcər və Laçının işğalından sonra Gədəbəyin Şınıx zonasına köçürülmüşdür. Orada Saratovka kəndi yaxınlığında gedən döyüşdə iki yerdən yaralanaraq həlak olmuşdur.
Yasin Kərəm oğlu Hacıyev 1959-cu ildə Çaparlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən bir qədər sonra keçmiş Sovet ordusu sıralarında hərbi xidmətə çağırılmış, Xarkov şəhərində qulluq etmişdir. Ordudan tərxis olunduqdan sonra əvvəlcə rayonun “Komsomol” kolxozunda sıravi işçi, sonra ağır yükdaşıma nəqliyyatı idarəsinda sürücü işləmişdir. 1993-cü ildə bir çoxları kimi könüllü olaraq cəbhəyə getmiş, bir neçə hərbi əməliyyatlarda fəallıq göstərmişdir. 1994-cü ilin fevralında Kəlbəcərin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuşdur.
Yusif Nəsrəddin oğlu Hacıyev 1970-ci ildə Dəllər qəsəbəsində anadan olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü başlanan gündən Qazax bölgəsinə gələrək özünümüdafiə dəstələrinin tərkibində döyüşmüş,sonralar Milli Ordu sıralarına daxil olmuşdur.Dəfələrlə kəşfiyyatçılar qrupunun tərkibində çətin tapşırıqları yerinə yetirmiş, düşmənin canlı qüvvəsini məhv etmişdir. Belə döyüşlərin birində mərmi qəlpəsindən həlak olmuşdur. Hazırda Dəllər qəsəbəsinin küçələrindən biri Yusif Hacıyevin adını daşıyır.
Rəbbi Məstan oğlu Həmzəyev Rəbbinin ən böyük arzusu doğma Qaracəmirli kəndində mühəndis işləmək,abadlıq işləri görmək idi. 1991-ci il aprelin 27-də 20 yaşı tamam olan gün sənədlərini toplayıb hərbi komisarlığa gəldi. Lakin o vaxt hələ Milli Ordu yaranmamışdı.Rəbbinin Vətənin müdafiəsində durmaq istəyi cavabsız qaldı. Həmin vaxtlar Qubadlı və Zəngilan ərazilərindəki özünümüdafiə dəstələrinin tərkibində döyüşlərə başladı. Rəbbi Milli Ordu sıralarına yalnız 1993-cü il dekabrın 13-də daxil oldu. Bundan cəmi 44 gün sonra – 1994-cü il yanvarın 27-də isə Füzuli rayonu ətrafında gedən döyüşlərin birində igidliklə həlak oldu.
Vilayət Rəhim oğlu Həsənov 1965-ci ildə Muxtariyyə kəndində anadan olmuş, Dəllər qəsəbəsindəki beton zavodunda sürücü işləmişdir. 1994-cü ilin aprelində cəbhə xəttinə göndərilməsini xahiş etmişdir. Cəmi səkkiz gün Tərtər yaxınlığındakı döyüş xəttində olmuş, iki dəfə düşmənlə üz-üzə gəlmişdir. 30 yaşı tamam olan gün döyüş zamanı aldığı yaradan əbədiyyətə qovuşmuşdur. Ailəli idi, bir qızı bə bir oğlu var.
Pərvin Rəşid oğlu Həsənov 1974-cü il sentyabrın 26-da Şəmkirdə anadan olmuşdur. 18 yaşı tamam olan gün rayon hərbi komissarlığına gələrək cəbhə bölgəsinə göndərilməsini xahiş etmişdir. Üç ay hərbi təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Həmin vaxtlar Milli Ordunun döyüşçüləri Çıldıran yüksəkliyi uğrunda döyüşlər aparırdı. Pərvin 1993-cü ilin yanvarından dəfələrlə Çıldıran, Bəng kəndləri uğrunda döyüşlərdə iştirak etmiş, igidliyi ilə tanınmışdır. 1994-cü il aprelin 11-də Ağdərə şəhəri yaxınlığında kəşfiyyat döyüşündə həlak olmuşdur.
Elpərəst Akif oğlu Hüseynov 1970-ci ildə Şəmkir şəhərində anadan olmuşdu. Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq torpağımızı təcavüzdən qorumaq üçün qaynar nöqtələrə yola düşmüşdür. O vaxtlar Ağdərənin Çıldıran yüksəkliyi uğrunda amansız döyüşlər davam edirdi. Elpərəst dəfələrlə həmin döyüşlərdə iştirak etmiş və 1993-cü ilin əvvəllərində güllə yarasından həlak olmuşdur. Yaşadığı küçəyə şəhidin adı verilmiş,evinin qarşısında isə adına bulaq tikilmişdir.
Füzuli Əli oğlu Hüseynov 1970-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Hərbi xidmətini Zəyəmdə keçirmişdir. Xocalı faciəsində qəzəblənən Füzuli düşmənlərindən qisas alacağına and içir və 1992-ci ilin martında cəbhə xəttinə yola düşür. Gədəbəy rayonunun Şınıx bölgəsində döyüşmüşdür. İvanovka kəndi yaxınlığında gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Hikmət Səfər oğlu Hüseynov Şəmkirin Düyərli kəndinin cəsur övladlarından olan Hikmət 1991-ci ildə - orta məktəbdə təhsilini bitirdikdən sonra Sovet ordusu sıralarında xidmətə başlamış, 1992-ci ildə həmin ordu dağıldıqdan sonra Vətənə qayıtmışdır. 1993-cü ildə isə Milli Ordu sıralarına könüllü daxil olaraq cəbhə bölgəsinə daxil olmuşdur. Hikmət musiqi vurğunu idi, orta məktəbi bitirdikdən sonra bir müddət Şəmkir musiqi məktəbində təhsilini davam etdirirdi, lakin Vətənin ağır günündə sazını silahla əvəz etməyi lazım bildi. Goranboy, Füzuli, Kəlbəcər bölgələrində döyüşmüşdür. 1994-cü ildə isə Lev çayının sahilində şəhid olmuşdur. Düyərli kəndində yaşadığı küçəyə onun adı verilmişdir.
Salman Məmməd oğlu Cabbarov 1968-ci il dekabr ayının 18-də Ermənistan Respublikasının Vardenis rayonunun Subatan kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra boya-başa çatdığı Nərimanlı kəndindəki “Bakı fəhləsi” adına kolxozda çoban işləmişdir. 1994-cü ilin aprel ayında Şəmkir rayon hərbi komissarlığı tərəfindən orduya çağırılmışdır. Yüzlərlə yaşıdı kimi o da tökülən günahsız qanların intiqamını almağa çalışmışdır. 1994-cü il mayın 12-də Tərtər cəbhəsində qəhrəmancasına şəhid olmuşdur. Evli idi.
Mahir Cəlil oğlu Cəlilov1973-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşmüşdür. 1991-ci ilin may ayından 1993-cü ilin fevralınadək qaynar nöqtələrdə olmuşdur. Mahir Gədəbəyin Şınıx bölgəsində döyüşmüşdü. Fevralın 15-də erməni quldurlarının növbəti hücumu zamanı igidliklə vuruşaraq əbədiyyətə qovuşmuşdur.
Tofiq Məhərrəm oğlu Cəfərov 1973-cü il avqustun 2-də Bayramlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Təcrübəsinin azlığına baxmıyaraq döyüşün ən qaynar nöqtələrinə can atmışdır. Ermənilər Ağdərə bölgəsini yenidən ələ keçirməyə cəhd göstərərkən düşmən hücumlarına mətanətlə sinə gəlmiş, mövqeyini son nəfəsinədək tərk etməmişdir. 1993-cü il iyulun 5-də həlak olmuşdur.

Görkəmli şəxsləri
Əhməd Cavad – 1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifidir.
Salmanov Fərman Qurban oğlu – 1927-ci iyul ayının 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1970-ci ildə Lenin mukafatına layiq görülüb. 1971-ci ildən geologiya-minerologiya elmləri doktorudur. 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1978-ci ildən Tumen Baş Geologiya İdarəsinin rəisidir.
Hacıyev Yaqub Hüseyn oğlu – 1929-cu ildə Şəmkir rayonunda anadan olub. 1971-ci ildə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, 1991-ci ildə isə həqiqi üzvü (akademik) seçilib. Hazırda Respublika Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademikidir. 1959-cu ildən bu günədək AETBİ-də işləyir.
Əliyev Rüstəm Musa oğlu – 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Şərq və qərb ədəbiyyatını, tarixini, mədəniyyətini, fəlsəfəsini dərindən bilmək üçün rus, ərəb, fars və ingilis dillərini mükəmməl öyrənib, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Ömrünün sonunadək (1994-cü il 12 aprel) Şərqşünaslıq İnstitutunun iran, ərəb, türk filologiyası şöbəsinin rəhbəri olub.
Abdullayev Zakir Binnət oğlu – 1937-ci ildə anadan olub. 1982-ci ildə doktorluq disserasiyasını müdafiə edib. 1988-ci ildən Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdindəki şöbəyə başçılıq edir.
Məsimov Eldar Əli oğlu – 1941-ci ildə anadan olub. 1984-cü ildə Moskva Dövlət İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetinin Fizika kafedrasının müdiridir. 1986-ci ildən professordur.
Seyidov Vaqif Cavad oğlu – 1941-ci ildə anadan olub. 1979-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə Sankt-Peterburq Petrovski Akademiyasının müxbir üzvü seçilib. Hazırda Leyla Şıxlinskanın klinikasında cərrahlıq şöbəsinin müdiridir.
Bədirbəyli Leyla Ağalar qızı – 1920-ci ildə anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb. 1945-ci ildə SSRİ, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. 2000-ci ildə vəfat edib.
Əhmədov Teymur Əkbər oğlu – 1930-cu ildə anadan olub. Elmlər doktorudur. Hazırda "Respublika" qəzetinin baş redaktorudur.
Həsənova Gülxar İbrahim qızı – 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Azərbaycan xalq artisti adına layiq görülüb.
Abdullayev Zülfiqar Səfər oğlu – 1933-cü ildə anadan olub. Respublikanın rəhbər vəzifələrində çalışıb, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif edilib.
Hacıyev Davud Hüseyn oğlu – 1917-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində kafedra müdiri, dekan, prorektor, rektor vəzifələrində çalışıb.
Qurbanlı Mübariz Qəhrəman oğlu – 1954-cü ildə anadan olub. Tarix elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir.
Mehdiyev Təcəddin İbrahim oğlu – 1945-ci ildə anadan olub. Müstəqil Azərbaycan Respublikasında ilk general rütbəsini alan şəxsdir.
Musayev Oruc İbrahim oğlu – 1929-cu ildə anadan olub. 1974-1984-cü illərdə Təhsil Nazirliyinin xarici dillər üzrə elmi-metodik şurasının sədri vəzifəsində çalışıb. 1961-ci ildə namizədlik disseratsiyasını mudafiə edib. 1996-cı ildə X sinif şagirdləri üçün ingilis dili dərsliyini çap etdirib.
Musayev Paşa İsmayıl oğlu – 1952-ci ildə anadan olub. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin oftolmologiya kafedrasının kafedra müdiridir. Paşa Qəlbinur həm də şairdir.
Sabir Məmmədnəbi oğlu Məmmədov (1944-1994) – Şəmkir rayonu İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Çardaxlı hadisələri və erməni separatçı hərəkatına qarşı mübarizə aparmış şəxslərdən biri olmuşdur. S.Məmmədov ermənilərin Sovet rəhbərliyinə ünvanladığı şikayət məktubunda adlarını qeyd etdiyi rayonun 3 nəfər vəzifəli şəxsindən biri olmuşdur.
Ramil Namazov 1978-ci il martın 28-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.İqtisad üzrə fəlsəfə doktorudur.
Vüqar Binnət oğlu Namazov 1979-ci il avqustun 13-də Şəmkir rayonunun Çaparlı kədində anadan olub.4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.
Bəxtiyar Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.
Fazil Məmmədov 1964-cü ildә ŞƏMKİR rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Naziri tәyin edilib.
Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub.Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.Xalq artisdidi. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Molla Vəli Vidadi 1707-ci ildə Şəmkirdə anadan olmuşdur.O, əvvəl Şəmkirdə, sonra isə Qazaxın Poylu kəndində təhsil almış.
Yəhya bəy Dilqəm XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şamxor (indiki Şəmkir) rayonunun Dəllər-Cırdaxan kəndində dünyaya gəlib. Əzəlindən təbiət gözəlliklərinə vurğun olan Dilqəmin uşaqlığı Kür qırağında keçib.
İsrafil Məmmədov Məhərrəm oğlu 1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır
Leyla Bədirbəyli Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkir də Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935-1937), ADU-nu bitirmişdir (1959).


Tarix: 16.03.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2263 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...