Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük monqol imperatorluğu

XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu.
1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-ci ildə Kiyev və Volın şəhərlərini də tutdu.1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.
XII əsrin axırlarında Xübilay xaqanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.
Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi.1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular.
Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. Işğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı.
Dövlətin Mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu.Sonra digər Monqol dövləti - Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.

Qızıl Ordu dövləti
Batı xanın dövründə (40-cı ildə) Cucinin ərazisində (Ulusu) Qızıl Ordu yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda adlanırdı. Bura Qafqazın Dərbəndə qədər olan hissəsi, Şimali Xarəzm, Volqa bulqarlarının, peçenqlərin, qıpçaqların əraziləri daxil idi. Dövlətin əhalisinin əksəriyyəti türk idi. Onu türk dövləti adlandırırdılar. XIV əsrdə fərmanlar türk dilində yazılırdı. Dövlətin paytaxtı indiki Həştərxan yaxınlığında yerləşən Saray Batı şəhəri idi. XIII əsrin sonu paytaxt Volqaqrad yaxınlığında olan Saray-Bəkrəyə köçürüldü.
XIV əsrin 2-ci yarısında Qızıl Orduda 25-dən çox xan dəyişdi. Dövlətin zəifləməsindən istifadə edən Polşa və Litva Dnepr boyu əraziləri tutdu. 1380-ci ildə Moskva knyazı Donskoy Mamay xanı Kulikovo döyüşündə məğlub etdi.
Lakin Əmir Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış (1380-1395) 1382-ci ildə Moskvanı tutdu və yandırdı. Lakin onlar Teymurilərin ərazisinə də girdilər və 1395-ci ildə Teymur tərəfindən məğlub edildilər. Saray-Bəkrə tutuldu və Qızıl Ordunun şərq vilayətləri Teymurilərə keçdi. XIV əsrdə Qızıl Ordudan ayrılaraq Qazan, Həştərxan, Krım, Qərbi Sibir xanlıqları yarandı. 1472-ci ildə dövlət tam süqut etdi. Itaət etmək istəməyən Əhməd xan 1480-ci ildə məğlub oldu və ruslar monqollardan tam azad oldular.
1265-ci ildə Qızıl Ordu xanı Canıbəyin yürüşü nəticəsində Hülakilər dövlətinə son qoyuldu. 1340-cı ildə Azərbaycan Cəlairlər dövlətinin tərkibinə qatıldı. 1385-ci ildə Qızıl Ordu xanı Toxtamış 90 minlik ordu ilə Dərbənddən Şirvana, oradan da Təbrizə gəlib çıxdı. Daha sonra Marağa və Naxçıvanı talan etdi.
1386-ci ildə Əmir Teymur Azərbaycana I yürüşünü etdi və Təbrizi tutdu. 1404-cü ildə o, Azərbaycanı ələ keçirdi.


Teymurilər imperatorluğu (1370-1405)
Teymur Türk tayfasından idi. Avropa mənbələrində onu Tamerlan adlandırırdılar. Sərbədarilər hərəkatını (monqol zülmünə qarşı hərəkat idi.) yatıran Teymur, 1370-ci ildə Bəlx hakimi Əmr Hüseyni məğlub edərək, mərkəzi Səmərqənd şəhəri olan Teymurilər dövlətinin əsasını qoydu. 1388-ci ildə Ürgənc şəhərini tutmaqla Mərkəzi Asiyaya sahib oldu. Teymurilər 1404-cü ilədək İranı, Azərbaycanı, Qafqazı, İraqı və s. əraziləri ələ keçirdi. Onlar 1398-ci ildə Sultan Mahmudu məğlub edərək Dehli və Mitrunu işğal etdilər. 1402-ci ildə isə Osmanlı imperiyasını (İldırım Bəyazidi) məğlub etdilər.
Teymur 1405-ci ildə Çinə hücum zamanı Otrar şəhərində öldü və Səmərqənddə dəfn olundu. Teymurun ölümündən sonra daxili çəkişmələr baş verdi. Lakin Oğlu Şahrux çəkişmələrə son qoydu. O, paytaxtı Herata köçürüb Mavərənnəhri oğlu Uluqbəyə xanədan kimi verdi. Şahruxun ölümündən sonra (1447) çəkişmələr yenidən başladı. Sonuncu Teymuri hökmdarı Hüseyn Baykaranın ölümündən sonra 1507-ci ildə Şeybanilər Teymurilər dövlətinin varlığına son qoydu.


Tarix: 26.11.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...