Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

31 Mart soyqırım günü ilə bağlı "Xoca" filminə ictimai baxış olub

31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətində "Xoca" filminə baxış keçirilib. Filmin nümayişindən öncə soyqırımı qurbanları 1 dəqiqəlik sükutla yad ediliblər. Filmə baxışda Səbail rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, əməkdaşları, Azəraycanda fəaliyyət göstərən universitetlərin rektorları və məktəb direktorları, sadə vətəndaşlar da iştirak ediblər.

Qeyd edək ki, "Xoca" bədii filmi 2012-ci ildə "Bakıfilm" kinostudiyasında istehsal olunub. Filmin rejissoru ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir.


Tarix: 31.03.2013 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Tarixdə bu gün
loading...