Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

27 Fevral 2015

Əhəmiyyətli hadisələr
1700 — İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib.
1800 — İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib.

Dünyada olan hadisələr
425 — İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib.
1617 — Rus-İsveç müharibəsi rusların qələbəsi ilə başa çatıb.
1626 — Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.
1794 — Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər.
1825 — Aleksandr Puşkinin "Yevgeniy Onegin" romanının ilk fəsli nəşr olunub.
1844 — Dominikan Respublikası müstəqillik əldə edib.
1899 — Birmada ilk dəmir yolu – Rangun-Mandalay açılıb.
1900 — "Bavariya" Münhen futbol klubu təşkil edilib.
1905 — Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib.
1933 — Reyxstaq yandırılıb.
1939 — Leninin arvadı Nadejda Krupskaya vəfat edib.
1943 — ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub.
1948 — Çexoslovakiyada Kommunist Partiyası hakimiyyətə gəlib.
1952 — BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib.
1988 — İran və İraq arasında "şəhərlərin müharibəsi" yenidən başlayıb.
1991 — Küveyt şəhəri İraq qoşunlarından azad olunub.

Azərbaycanda olan hadisələr
1945 — Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib.
1988 — Ermənilər Sumqayıt şəhərində iğtişaş törədib.
1998 — Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurmuşdur.
2003 — Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.

Doğumlar
1902 — Con Steynbek – Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (ö. 20 dekabr 1968).
1928 — İsrailin baş naziri Ariel Şaron anadan olub.
1932 — Amerikan aktrisası Elizabet Teylor anadan olub.

Ölümlər
1936 — Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov vəfat edib.
1993 — Lillian Qiş


Tarix: 27.02.2015 / 10:35 Müəllif: Aziza Baxılıb: 470 Bölmə: Tarixdə bu gün
loading...