Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kino və teatr aktyoru Hacı İsmayılovun doğum günüdür 22 Yanvar 2014

Kino və teatr aktyoru Hacı
İsmayılovun doğum
günüdür
22 Yanvar 2014
Bu gün xalq artisti, Akademik Milli Dram
Teatrının aktyoru Hacı İsmayılovun
doğum günüdür.
Hacı İsmayılov
1944-cü il yanvarın 22-də Bakıda
doğulub.
1963-cü ildə Mirzağa Əliyev adına
Azərbaycan Dövlət Teatr İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə daxil
olub.
Ali təhsilini başa vurduqdan sonra
Sumqayıt Dram Teatrında işləməyə dəvət
alıb. 1968-ci il sentyabrın 2-də gənc
truppaya daxil olub. 1970-ci il fevralın 16-
dan Akademik Milli Dram Teatrında
çalışıb.
Məşhur kino və teatr aktyoru Hacı
İsmayılov bu iki doğma sənətdə
qazandığı nailiyyətlərə görə 1989-cu il
mayın 17-də əməkdar, 2000-ci il
dekabrın 19-da isə xalq artisti fəxri
adlarına layiq görülüb. Prezident
təqaüdçüsüdür.
Aktyor “Azərbaycanfilm”
kinostudiyasında ilk dəfə “Ad günü”
filmində Mustafa rolunda çəkilib. Bu rolla
böyük uğur qazanıb və dövlət mükafatı
laureatı adına layiq görülüb (1980). Ona
məşhurluq gətirən rollardan biri də
rejissor Rasim Ocaqovun “Həm ziyarət,
həm ticarət” filmində oynadığı Mustafa
rolu olub.


Tarix: 22.01.2014 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Tarixdə bu gün
loading...