Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar üçün diş təmizliyi

Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Bu baxımdan körpə vaxtlarından ağız baxımı ciddiyə alınmalı, çürüklərə qarşı qoruma təmin edilməlidir.
İllionis Universitetinin elm adamları, hələ dişi çıxmamış körpələrdə etdikləri araşdırmada, ağız içində çox sayda fərqli bakteriyanın varlığını təyin ediblər.
Uşaqlarda ağız mikroflorasının 1,5-3 yaş arasında, yəni ilk dişlərin çıxması ilə meydana gəldiyi fərziyyəsini araşdıran Kelly Swanson, çürüklərin meydana gəlməsində yalnız bir bakteriya növünün deyil, bütün ağız florasının məsul olduğunu ifadə edib.
Swanson, valideynlərin, körpələrinin doğumundan etibarən ağız gigiyenasına diqqət etməsini, irəli yaşda çürük meydana gəlməsinə qarşı tədbir almasının vacibliyindən danışıb.
Uşağın əl bacarığı, marağı və valideynlərin mövqeyi uşaqda diş fırçalama vərdişini təyin edər. Xüsusilə anaların tez-tez təkrar etdiyi bir səhv də əmzik ya da əmziyi şəkər, cem və s. kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şəkərli süd, meyvə şirəsi kimi qidalara öyrəşdirmələridir.
Beləcə qidalanma nizamsızlığından ötəri dişlər çürümə vəziyyətinə gəlir.
Körpələrdə meydana gələn çürüklərin müalicəsi çox çətin olduğundan, qoruyucu tədbirlərin erkən dövrdə alınması lazımdır. Əmzik çürüyündən qorunmaq üçün:
- Körpənin gecə ağızında əmziklə yatmasının qarşısını almaq;
- Qidalandırmadan sonra yatırmaq;
- Əmzikdəki südə şəkər, bal,bəhməz kimi dadlandırıcılar əlavə etməmək;
- Körpə bəsləndikdən sonra mütləq su içirmək;
İlk dişlərin çıxmağa başlaması ilə gecə və səhər qidalanmaları sonrası təmiz, yaş bir tənzif ilə dişlərini silərək təmizləmək lazımdır.


Tarix: 19.01.2015 / 13:03 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Stomatologiya
loading...