Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşlı adamlarda dişlərin tökülməsi onlarda yaddaşın vəziyyətini əks etdirir

Londonun Universitet kollecinin alimləri 60-dan yuxarı yaşlı 3166 yaşlı adamın iştirakı ilə tədqiqat aparıblar. Könüllülərin dişlərinin sayı, onların hərəkət sürəti, yaddaş səviyyəsi qiymətləndirilib. Alimlər müəyyən ediblər ki, bütün dişləri tökülmüş insanlarda yaddaşın təxminən 10 faiz azaldığı müşahidə edilib.
Bu adamların yerimə sürəti də 10 faiz aşağı düşüb. Bu barədə "Psych Central" məlumat verib.

60-74 yaşlı şəxslərin qrupunda bu əlaqə daha yaxşı hiss olunub. 75 yaşdan sonra intellekt və hərəkət sürəti arasındakı fərqin aradan qalxdığı müşahidə edilib.
Beləliklə, ağız boşluğunun vəziyyəti həkimlərə bütün orqanizmin sağlamlıq vəziyyətindən, o cümlədən kəllə beyninin fəaliyyətindən xəbər verə bilər.
Alimlər belə hesab edirlər ki, ağız boşluğunun ekspress müayinəsi risk qrupundan olan insanları daha tez aşkara çıxarmağa və onları müşahidə etməyə imkan verəcək.

Qeyd edək ki, alimlər başqa amilləri – sosial status, zərərli vərdişlərin, xroniki xəstəliklərin olub-olmaması amillərini də qiymətləndiriblər.


Tarix: 19.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Stomatologiya
loading...