Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidaların ağız qoxusuna təsiri

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyinin gəlməsini təsvir edir. Ağız boşluğunda olan problemlər də buna səbəb olur.
Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iy yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir.
Efir yağları müxtəlif bitkilərdən alınır. Bura dəfnə, evkalipt, şam, zeytun, qızılgül, jasmin, kərəviz, sidr ağacı və s. aid edilir. Soğan və sarımsağın ağızda iy yaratması hamıya bəlli olan bir fakdır. İy yalnız qida qalıqlarının ağız boşluğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır. Ağızda iy bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlanır. Bəzən isə ağızda iy keçici olur, qida qəbulundan və ya diş təmizliyindən sonra əmələ gəlir. Hər 2 halda diqqət edilməlidir və dişlərin gigiyenası qorunmalıdr. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilər. Adətən, səhərlər ağızda iy daha çox olur.
Ağız qoxusunun səbəblərindən biri dişlər və dildir. Dişlərin sümükdəki oyuntuları ilə birlikdə arada qalan qidaların mağara kimi qisimlərdə mikrobların artmasına və bir sıra qoxulu sulfid qazlarının yaranmasına səbəb olur. Dildə isə barmaqlarımızın arasındakı kimi çıxıntılar və quyucuqlar formalaşa bilərlər. Bu quyucuqlar xüsusilə dilin arxa qismində çox dərinləşir. Bunun xaricində qulaq, burun, boğaza aid olaraq badamcıqların iltihabı, sinusit iltihabı və burundakı bir problemə bağlı qoxu yarana bilir. Ağızda qoxunun fərqli səbəblərinə isə qidadan əlavə diş problemləri, ağızda quruluq, xroniki xəstəliklər, ağız, burun və boğaz xəstəlikləri, tütün məmulatları, ciddi pəhriz və s. aid edilir.


Tarix: 19.01.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Stomatologiya
loading...