Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gələcəkdə dişləri plomblamaqa ehtiyac olmayacaq

Yeni gel çürük dişdə hüceyrələri bərpa edir!
Fransalı elm adamları dişlərin müalicəsində inqilab yarada biləcək yeni üsul tapıblar. İtaliyanın "La Stampa" qəzetinin məlumatına görə, Parisdəki Mİlli Sağlamlıq və Tibb Araşdırmaları İnstitutunda işləyən araşdırmaçılar MSH adlı hormon (melanocyte stimulating hormone) tərkibi olan geldən istifadə edərək çürük dişlərdəki hüceyrələrin bərpa edildiyini müşahidə ediblər.

Mütəxəssislər ilk olaraq geli siçanlar üzərində sınaqdan keçiriblər. Belə ki, maddədən istifadə edəndən bir ay sonra çürüklər sağalmağa başlayıb.

Elm adamları hələlik dərmanın klinik testlərinin bitmədiyini bildiriblər. Bunun üçündə bir müddət geli bazara çıxarmayacaqlar.


Tarix: 19.01.2015 / 12:31 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Stomatologiya
loading...