Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız qurumasının səbəbləri

Tez - tez rastlaşdığımız ağız quruması yəni ağız suyunun azlığı probleminə bəzən biganə yanaşırıq lakin bilmək yaxşı olardı ki, bu problem bəzi diş xəstəliklərinə səbəb olur. Belə ki, ağız suyu diş çürüməsinə səbəb olan bakteriyaların ağızdan təmizlənməsində böyük rol oynayır. Bütün bunlarla yanaşı ağız suyu dad bilməyə və həzmə kömək edir.
Ağız qurumasının səbəbləri.

Bu problem bir sıra səbəblərdən yarana bilər.
• Yüksək qan təzyiqi, depressiya, və. s kimi xəstəliklərin müalicəsi zamanı çoxlu sayda dərmanlardan istifadə edərkən ağız quruması ola bilər.
• Sinir zədələnməsi - hər hansı bir zərbə və ya əməliyyat zamanı baş və boyun nahiyəsində sinirin zədələnməsi ağız suyunun qurumasına gətirib çıxarır.
• Həmçinin yaşlılıq, siqret çəkmək və ya tütün çeynəməkdə bu problemə səbəb ola bilər.


Tarix: 19.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Stomatologiya
loading...