Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimləri Məzəmmət edən cahillərə
Alimləri Məzəmmət edən cahillərə

Saqi, mey ver bizə kim, dövlət olub yar bu gün,
Şövqdən cünbüş edir sabitü səyyar bu gün,
Dövr edər vəcd ilə nöh gümbədi-dəvvar bu gün,
Mən gərək nuş qılam badeyi-gülnar bu gün,
Badə içməkdə mənim bir qərəzim var bu gün.
Etmişəm tövbə egər badəvü tərsadən mən,
Keçmişəm deyrü kinişt ilə kəlisadən mən,
İçmişəm badeyi-rəngin xümi-İsadən mən,
Olmuşam indi xəbər badeyi-mövladən mən,
Meyi-mövladən elə sağəri sərşar bu gün.
Badeyi-Müstəfəvi xümdə edər cuşü xüruş-
Ki, səfasından onun qarət olur taqətü huş,
Badədir ruhi-xuda, saqiyi-gülçöhrə Süruş,
Aləmə nəşri-maarif eyləyir badəfüruş,
Açılıb rəhmət ilə xaneyi-xəmmar bu gün.
Piri-meyxanə meyi-nabə işarət eylər,
Dürdnuşani-vilayatə bəşarət eylər,
Dini təkmil qılıb kəsfi-kəramət eylər,
Muxtəsər, aləmə təbliği-risalət eylər,
Faş olur mərtəbeyi-Heydəri-Kərrar bu gün.
Mən də peygəmbəri-namursəliyəm Şırvanın - .
Ki, gərək zahir edəm şənini hər zişanın,
Faş edəm rəmzini həqdən yetişən fərmanın,
Saqiya, yoxmu əyağında meyi-rümmanın,
Şəhri qıl badə ilə cənnəti-ənhar bu gün.
Həqq edib çün məni peyğəmbəri-fövci-şüəra,
Mən gərək aləmə təbliğ qılam sübhü məsa,
Ərşdən həq mənə təbliğə qılır faşi-nida –
Ki, əgər eyləməsən xəlqə bu təbliği əda,
Olmayıb xəlqə risalət dəxi izhar bu gün.
Mən rəsuli-şüəra, mülki-vəfadən gəlirəm,
Hüdhüdi-naməbərəm, şəhri-səbadən gəlirəm,
Aləmə sibqət edib badi-səbadən gəlirəm,
Həcci-mənayə gedib, kuhi-Minadən gəlirəm,
Şahidi-vəhdət olub kəsrəti-zəvvar bu gün.
Axiri-həccini çün Xatmi-rəsul etdi təmam.
Azimi-Yəsrib olub Əhmədi-Məhmud məqam,
Ol şəhə-Xümmi-qədir üzrə olundu ilham,
Gəldi Cibril ki, ey sərvəri-səyyarəməqam,
Sənə göndərdi salam iyzədi-qəhhar bu gün.
Sən gərəkdir edəsən Xümmi-qədir üzrə nüzul,
Göftgu eyləməsin zümreyi-əshab füzul,
Bəs gərək zahir ola mərtəbeyi-zövci-Bətul,
Olacaqdır o şəhin ziddi "zəlumən və cəhul",
Açılır aləmə məxfi olan əsrar bu gün.
Yetir afaqə o şahənşəhin övfalığını,
Sabit et cümlə bu mövlalərə mövlalığını,
Əlivü ali-Əli gövhəri-əlalığım,
Zatnın dürri-giranmayeyi-valalığını,
Minbər üstə çıxıban eyləginən car bu gün.
Etdi çün hökm nüzul ol şəhi-səyyarəxidəm,
Oldu əshablərin surəti-halı dərhəm,
Etdilər ərz ki, ey zübdeyi-əhli-aləm,
Su tapılmaz bu ğədir içrə hərarətdən həm,
Küreyi-xak olubdur küreyi-nar bu gün.
Nazil olmağa deyil hiç münasib bu məqam,
Hökm hökmündü, vəli biz sənə etdik elam,
Açıban dürci-dəhən sərvəri-ecazkəlam,
Dedi: - Bu hökmi-xudavənddir, ey qövmi-giram,
Eyləyib hökm mənə qadiri-cəbbar bu gün.
Etdi əshabə bu hökmü çü şəhi-ərşsərir,
Dedilər sövt ilə "ləbbeyk", ucaldı təkbir,
Oldular cümlə piyadə çi soğirü çi kəbir,
Müntəzir kim, nədi fərmani-xudavəndi-qədir,
Nə büruz eyləyəcək iyzədi-dadar bu gün.
O şəhənşahə bicazi-şütür oldu mənbər,
Bəd təmhidi-xudavəndi-qədimü davər,
Dedi: "Aya, deyiləm mən sizə candan behtər,
Dedilər cümlə, bəli, cy şəhi-valagövhər,
Sənsən övlalığa mövlayi-səzavar bu gün".
Dedi: Hər şəxsə ki, aləmdə mən olsam mövla,
Ona mövladü Əli, ol şəhi-mülki-məna,
Ona nasir olana nasir ola bari-xuda,
Hasidü düşməninə düşmən ola rəbbi-səma,
Bu duanı elədi Əhmədi-Muxtar bu gün.
Tutdu bir xeymədə bəs Heydəri-Kərrar qərar,
Təhniyət etdilər ol şirdilə xürdü kibar,
İbn-Xəttab xitab eylədi. Ey şirşikar,
"Bixxi bixxin ləkə mövla"* səni qıldı cabbar,
Oldun, ey sərvəri-din, aləmə sərdar bu gün!
O qədər çəkmədi kim, xətmi-rəsul etdi vəfat,
Zülməti-xakdə məstur olub abi-həyat,
Tutdular Xızr təriqindən o qövmi-zülmat,
Qıldılar özlərinə həqq ziyafət isbat,
Dedilər rehlət edib Seyyidi-Əbrar bu gün.
Uydular Əhrimənə, hökmi-Süleyman qaldı,
Bir də həqqin bizə göndərdiyi fərman qaldı,
Bənd olub zahirinə, batini-quran qaldı,
Kəsdilər suyunu, əfsürdə gülüstan qaldı,
Necə kim, indi də zahirdü o asar bu gün.
Hiç şək yoxdu ki, əlan "kəma kan" saqi,
Oldu hər əsrdə bu nüktə nümayan, saqi,
Bizə həq nayibidir'fazili-Şirvan, saqi
Əlivü ali o sibti-şəhi-mərdan saqi –
Ki, onun həqqini qövmü edər inikar bu gün.
Elmdə tay deyildir o cənaba bir əhəd,
Bu Ədi mənqəbətin vəsfinə yoxdur sərhəd,
Nə qəmi etsə əgər hasidi-iqbalı həsəd,
Hasidin boynuna zəncir olacaq həbli-məsəd,
Münkəri-rütbəsinin mənzilidir dar bu gün.
Saqiya, badı-xəzan etsə gülüstanı xərab,
Yenə gül nəkhətini zahir elər buyi-gülab,
Tutmağa ali-Əli damənini eylə iştab,
Bamdən gəlmə, dəri-elmi elə dəqqül-bab –
Ki, Əli elmi Əlidən olur izhar bu gün.
Saqi, ol xali-həcərdir mənə bu gün ərəfat,
Çahi-zəmzəm o zənəxdandı, ləbin abi-həyat,
Öpməsəm xalüvi haciligim olmaz isbat,
İzn ver busəyə, ey Kəbeyi-əhli-hacat,
Sonra kəs başımı, qurban elə, ey yar, bu gün.
Bağiban, səbzeyi-biganə tutubdur çəməni,
Payimal etdi xəzan laləvü sərvü səməni,
Zağlər incidir ol bülbüli-şirinsüxəni,
Rizəxari-kərəmidir çi fəqirü çi qəni,
Həqq əziz eyləyən axır olumu xar bu gün?
Həqq əzizi həsədi-düşmən ilə xar olmaz,
Gün şüai düşə yer üstünə idbar olmaz,
Rəsmdir Yusifə hər zal xəridar olmaz,
Hər yetən təprəməmiş vaqifi-əsrar olmaz,
Nə qəmi gövhərə gər yoxdu xəridar bu gün.
Üləma içrə yenə yaxşıdı köhnə qazi,
Mən onun dəhrdəyəm hər bir işindən razı,
Eyni "mötəlldi, əcvəfdi" bu feli-mazi,
Yetcəgin nemətə inkar elədi fəyyazi,
Qisseyi-maziyə eylər özü inkar bu gün.
Şəbi-eyd alsa idi kəs iki kəsdən fitva –
Ki, sizə sabit olubmu ola bayram fərda,
Birisi verdi cavabında "nəəm", ol biri "la",
Nə səbəb "la" deyənin qövlünü etdi imza,
Əmri-şəridə qərabət görümüş kar bu gün.
İxtilaf oldu ki, çün eyddə beyni-üləma,
Öz xilafinə tapar hər biri şəri-fitva,
Nə düşübdür sizə, ey tayifeyi-bisərü pa,
Eyləyirsiz üləma qeybətini sübhü məsa,
Yetirirsiz niyə elm əhlinə azar bu gün?!
Etdilər ay tutulan gecəni on dördə hesab,
Dedilər səhv eləyib müctəhidi-arşcənab,
Əl nücumə aparırlar əcəba, qövmi-dəvab,
Bavücudi ki, nə təqvim bilillər, nə hesab,
Yerişin bilməmiş eylər göyə rəftar bu gün.
Seyyida, kim ki, hürər şiri-xuda naibinə,
Sən onun lənət oxu ruhuna, həm qalibinə,
Qəzəbi-iyzəd onun hazirinə, qaibinə,
Baxma dəhrin bu sifət xasirinə, xaininə,
Al qələm, yaz oların həcvinə əşar bu gün.
Hiç bu nüktəyə agahsız, ey qövmi-əvam –
Ki, deyib həq sizi quranı ara kələnam,
Ruzü şəb etdigüvüz fikrü xəyalatdı xam,
Alimə hürməyin, ey kəlbi-yəhudi-bədnam,
Surəti-Qələmi siz etməyin izhar bu gün.
Nə düşüb bilməyirəm tacirə, ya bəzzazə,
İstəyirlər ki, yenə qazimiz olsun tazə,
Gözləmək yaxşıdı hər bir iş üçün əndazə —
Ki, salıb töhmət ilə hər biri bir avazə,
Alimə diqqət edir hər yetən idbar bu gün.
Yoxdu kim, zərra qədər firqeyi-əttarda huş,
Oları buyi-gülü səndəl edibdir bihuş,
Elm üstə nə səbəb eyləyiri cuşü xüruş,
Siz deyin bağlasın öz nüsxəsini nüsxəfüruş,
Satsın öz ətrini misqal ilə əttar bu gün.
Hamıdan artıq edər könlümü bu müktə kəbab:
Açıb ağzın, üləma qeybətin eylər qəssab.
Bir deyən yoxdu qoyun eşşəyi, ey xanəxərab,
Sənə ki, həşrdə yoxdur nə səvabü nə iqab,
Yegilən... qarın vəcd ilə büsyar bu gün.
Bir yaman əsrdi ən bilməyirəm, vaveyla!
Fitneyi-dövri-qəmər yoxsa olubdur peyda?
Götürüb mənsəbi-Molla Nəqi hər bisərü pa.
Az qalıb Ağca bacı da gəlib olsun molla,
Yoxdu hərçənd ki, həlvasına bazar bu gün.
Şerbaf tayifəsidir hamıdan əhli-fəsad,
Cövqə-cövqə yığılıb qeybət edərlər bünyad.
Bunların vardır arasında neçə ibni-
Ziyad Gər imam olsa, imamə olu, billah, cəllad,
Demədi adlarını Seyyidi-əfkar bu gün.
Etməsin söylə qalayçı üləma qeybətini,
Başını salsın aşağı bulasın öz ...
İşləsin şövq ilə başmaqçı [da] öz sənətini,
Neçə dövlətli var Allah alacaq dövlətini,
Çün hürər sahibinə it kimi nəccar bu gün.
Hanudan bisərüpadır bu güruhi-şüəra,
Yoxdu məcmueyi-aləmdə bulardan rüsva,
Məstü layəqilü meyxarəvü bişərmü həya,
Nə sədaqət, nə dəyanət, nə əmanət, nə vəfa.
Şahidi-surət olur yazdığını əşar bu gün.
İxtisası bu zəmanə dögü bu rəftarın,
Olu hər əsrdə yüz möhnəti bir huşyarın,
"Kəc qoyub ruzi-əzəl xiştini bu memarın,
Gər çəkə sər fələkə kəc olacaq divarın".
Sən dua eylə ki, bərhəm ola divar bu gün.
Çəkmə dünya qəmi, qıl camuvi ləbrizi-şərab,
Kimci-xəlvətdə rəfiqin olacaq meylə kəbab,
Fazilin mədhini qıl, eyləmə təşvişi-əzab –
Ki, bu gün hər nə səvab etsən, olur eyni-səvab –
Ki, Olub naibi-həq sərvərü əxyar bu gün.
Yesin öz arpasını, buğdanı satsın əllaf,
Ola bilməz gəlibən gövhərə hərgiz sərraf,
Bu nə sözdür ki, cahan aləm edib şərə xilaf,
Şöhrəti-zahirə bənd olmayın, ey əhli-gəzaf,
Siz deyilsiz, bilirəm, elmə xəbərdar bu gün.
Nə üçün saz elədin bir belə hədyan, Seyyid –
Ki, dedin hər kəsə bir növ ilə böhtan, Seyyid,
Olacaqdır dili-əhbab pərişan, Seyyid,
Gəl usan xətmi-kəlam et, sənə qurban, Seyyid,
Rəməzan kimi tapıb tul bu göftar bu gün.


Tarix: 29.05.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 512 Bölmə: Seyid Əzim Şirvani
loading...